https://sputnik.az/20230525/erdogan-14-may-seckileri-turkiye-demokratiyasinin-gucunu-gosterdi-455249518.html
Ərdoğan: 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi
Ərdoğan: 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi
Sputnik Azərbaycan
Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T16:11+0400
2023-05-25T16:11+0400
2023-05-25T16:11+0400
rəcəb tayyip ərdoğan
dünya xəbərləri
türkiyədə seçkilər
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237229_0:67:2420:1428_1920x0_80_0_0_a8ea68d804e11f9767e403450634135d.jpg
BAKI, 25 may — Sputnik. 2023-cü il 14 may prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" paylaşımında qeyd edib. "Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!" - deyə o bildirib. "Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı", - Türkiyə lideri yazıb. Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb. Türkiyə liderinin sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi. "Mayın 14-də keçirilən seçki 21 il ərzində Türkiyə demokratiyasının hansı səviyyəyə çatdığını göstərdi. Bütün bunlar Türkiyənin 85 milyonluq əhalisinin, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 may seçkiləri sayəsində ölkəmizin nailiyyətlərini birlikdə genişləndirəcəyik", - Ərdoğan yazıb. (Report) Qeyd edək ki, mayın 28-də Türkiyədə seçkilərin ikinci turu keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237229_0:116:2420:1931_1920x0_80_0_0_12f0e80207f3a17a9aebdc958a572121.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyədə seçkilər
rəcəb tayyip ərdoğan, türkiyədə seçkilər
Ərdoğan: 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi
Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.
BAKI, 25 may — Sputnik. 2023-cü il 14 may prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" paylaşımında qeyd edib.
"Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!" - deyə o bildirib.
"Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı", - Türkiyə lideri yazıb.
Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi.
"Mayın 14-də keçirilən seçki 21 il ərzində Türkiyə demokratiyasının hansı səviyyəyə çatdığını göstərdi. Bütün bunlar Türkiyənin 85 milyonluq əhalisinin, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 may seçkiləri sayəsində ölkəmizin nailiyyətlərini birlikdə genişləndirəcəyik", - Ərdoğan yazıb. (Report)
Qeyd edək ki, mayın 28-də Türkiyədə seçkilərin ikinci turu keçiriləcək.