DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin hökuməti Ukrayna münaqişəsi ilə bağlı Avropa ölkələrinə çağırış edib

© AP Photo / Andy WongÇin bayraqları, arxiv şəkli
Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Çin böhranla bağlı mövqeyini qorumağa davam edəcək və sülh danışıqlarını və münaqişənin siyasi həllini təşviq edəcək.
BAKI, 25 may — Sputnik. Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis ilə danışıqlar zamanı Avropa ölkələrini Ukrayna ətrafında yaranmış böhranın əsas səbəblərini aradan qaldırmağa və sülh danışıqları üçün şərait yaratmağa çağırıb. Bu barədə "İnterfaks" Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
O, ölkələri Avropa qitəsində uzunmüddətli sabitliyi təmin etməyə çağırıb.
Eyni zamanda, o bildirib ki, Çin böhranla bağlı mövqeyini qorumağa davam edəcək və sülh danışıqlarını və münaqişənin siyasi həllini təşviq edəcək.
"Çin sədri Si Cinpinin qeyd etdiyi kimi, böhranı aradan qaldırmaq üçün heç bir iksir yoxdur, bütün tərəflər özlərindən başlamalı və qarşılıqlı etimad yaratmaqla sülh danışıqlarının bərpası üçün əlverişli şərait yaratmalıdırlar", - deyə Huey bildirib..
Fevralın 24-də Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 12 bənddən ibarət plan təqdim edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır. Çin tərəfləri BMT Nizamnaməsinə hörmət edərək bütün dövlətlərin suverenliyinə hörmət etməyə və soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb.
Xəbər lenti
0