CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir arxiv sənədləri ilə bağlı yeni qaydanı təsdiqləyib

© SputnikBaş nazir Əli Əsədov
Baş nazir Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Qayda Milli arxiv fondunun tərkibinə daxil olan arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsi qaydasını müəyyən edir.
BAKI, 25 may — Sputnik. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qayda Milli arxiv fondunun tərkibinə daxil olan arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsi qaydasını müəyyən edir.
Milli arxiv fondunun tərkibinə daxil edilən arxiv sənədləri dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında (bundan sonra – təşkilat) yaradılan idarə arxivlərində Qanunla müəyyən edilmiş müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir.
Dövlət arxiv xidməti təşkilatlarının komplektləşdirmə mənbəyi olmayan qeyri-dövlət idarə, müəssisə və təşkilatlarının və fiziki şəxslərin arxiv sənədləri müvafiq profilə uyğun və ya idarə, müəssisə və təşkilatın olduğu yer, fiziki şəxsin yaşadığı yer üzrə dövlət arxiv xidməti təşkilatı ilə arxiv sənədlərinin mülkiyyətçisi (sahibi) arasında imzalanmış müqavilə əsasında dövlət mühafizəsinə təhvil verilir.
Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri fəaliyyəti nəticəsində ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni, tarixi əhəmiyyətli sənədləri yaranan və onları daimi dövlət mühafizəsinə məcburi qaydada təhvil verməli olan təşkilatlar, habelə arxiv sənədlərini müqavilə yolu ilə təhvil verən qeyri-dövlət idarə, müəssisə və təşkilatları və fiziki şəxslərdir.
Təşkilatın arxiv fondu sənədləri işlərin nomenklaturu tərtib edilərkən, işlər formalaşdırılarkən, sənədlərin işlərə düzgün daxil edilməsi yoxlanılarkən ekspertizadan keçirilir. Arxiv fondu sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilmək üçün hazırlanarkən yenidən ekspertizadan keçirilir, daimi mühafizə olunan sənədlərin və işlərin siyahıları, məhv edilmək üçün ayrılan sənədlərin və işlərin aktları tərtib edilir.
Qanunda nəzərdə tutulmuş orqanların arxiv fondu sənədlərinin daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir.
Xəbər lenti
0