Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

© AR Ministry of Defence Azərbaycan, Gürcüstan və Türkiyə
 Azərbaycan, Gürcüstan və Türkiyə  - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani deyib ki, üçtərəfli strateji səviyyəli görüşlər milli maraqlar əsasında birgə siyasət hazırlamağa imkan verir.
BAKI, 25 may Sputnik. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji əməkdaşlıq formatı müxtəlif kritik əhəmiyyətli məsələlərin müzakirəsi üçün vahid zəncir yaradır.
Bunu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.
“Üçtərəfli strateji səviyyəli görüşlər bizə milli maraqlarımız əsasında birgə siyasət hazırlamağa imkan verir. Müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspert iclasları bizim hərbçilərimizi daha da yaxınlaşdırır və qarşılıqlı əməliyyat qabiliyyətini yüksəldir. Biz şadıq ki, Azərbaycan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək”, - nazir müavini deyib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov sabah Tbilisiyə səfər edəcək. Müdafiə nazirinin Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirakı gözlənilir.
Xəbər lenti
0