https://sputnik.az/20230525/astarani-antalyaya-cevirecekler---deputat-yeni-layiheni-aciqladi-455266464.html
Astaranı Antalyaya çevirəcəklər - deputat yeni layihəni açıqladı
Astaranı Antalyaya çevirəcəklər - deputat yeni layihəni açıqladı
Sputnik Azərbaycan
Antalya modelinin Astaraya gətirilməsi üçün ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T22:35+0400
2023-05-25T22:35+0400
2023-05-25T22:35+0400
astara
cəmiyyət
antalya
rəşad mahmudov
https://cdnn1.img.sputnik.az/img/41711/91/417119145_0:102:2000:1227_1920x0_80_0_0_a2bd9f3debda41ef31c9361555b78767.jpg
BAKI, 25 may — Sputnik. Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq Bunu Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb: "İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq. Hətta Antalayanın ən böyük bələdiyyələrindən olan - Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur". R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək: "Antalya iş adamları Astaraya investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar". AK partiyasının millət vəkili İbrahim Hətəmtaş isə bildirib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyətinin Astaraya səfər planlaşdırılır: "Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır" (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41711/91/417119145_114:0:1887:1330_1920x0_80_0_0_cfe3302ac80e16bd8fe4756f5bdc73da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
astara, antalya, rəşad mahmudov
astara, antalya, rəşad mahmudov
Astaranı Antalyaya çevirəcəklər - deputat yeni layihəni açıqladı
Antalya modelinin Astaraya gətirilməsi üçün ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək.
BAKI, 25 may — Sputnik. Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq
Bunu Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:
"İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq. Hətta Antalayanın ən böyük bələdiyyələrindən olan - Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur".
R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək: "Antalya iş adamları Astaraya investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar".
AK partiyasının millət vəkili İbrahim Hətəmtaş isə bildirib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyətinin Astaraya səfər planlaşdırılır:
"Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır" (Report).