https://sputnik.az/20230525/abs-ile-dostluq-titanike-bilet-almaga-beraberdir-455254620.html
ABŞ ilə dostluq "Titanik"ə bilet almağa bərabərdir
ABŞ ilə dostluq "Titanik"ə bilet almağa bərabərdir
Sputnik Azərbaycan
Rusiyanın Bosniya və Herseqovinadakı səfirliyi bildirib ki, bu gün ABŞ-ın bir ayağı maliyyə uçurumunun astanasındadır. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T23:40+0400
2023-05-25T23:40+0400
2023-05-25T23:40+0400
titanik
dünya xəbərləri
vaşinqton
bosniya və herseqovina
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440822951_0:0:3343:1881_1920x0_80_0_0_f62a3232b4a58568ecbcb9f011880637.jpg
BAKI, 25 may — Sputnik. Vaşinqtonla dost olmaq "Titanik"ə bilet almağa bərabərdir, çünki ABŞ hazırda maliyyə uçurumunun astanasındadır. Bunu Rusiyanın Bosniya və Herseqovinadakı səfirliyi özünün "Telegram" kanalında bildirib. "Amerikalılar öz müttəfiqlərini, Vaşinqtonu "isbat edilmiş dost" hesab edən insanları amansızcasına taleyin ümidinə buraxırlar... ABŞ-ın bir ayağı maliyyə uçurumunun astanasındadır. Ola bilsin ki, onlar tanış üsulla - mətbəəni işə salmaqla çöküşü gecikdirməyə razılaşacaqlar, lakin artıq aydındır ki, Amerika özünün zorakılıq, irqi barışmazlıq, iqtisadi bərabərsizliyi ilə metastaza uğramış xəstə cəmiyyətdir", - bəyanatda belə deyilir. Səfirlik əlavə edib ki, ABŞ həm də açıq-aşkar yalanlarla və suveren ölkələrin məhvi ilə məşğuldur. Xatırladaq ki, Bosniya və Herseqovina 1992-ci il aprelin 5-də Yuqoslaviyadan müstəqillik qazanıb. Bosniya və Herseqovina Federasiyası, Serb Respublikası və Brcko rayonundan ibarət parlamentli respublikadır. Ölkə 2016-cı ilin fevralında Aİ-yə üzv olmaq üçün müraciət edib. 2022-ci ilin dekabrında onun üzvlüyü təsdiq edilib. Bundan əvvəl Serb Respublikasının Prezidenti Milorad Dodik Rusiyanın yeni çoxqütblü dünyanın sütunlarından birinə çevriləcəyi ilə bağlı fikirlərini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440822951_281:0:3012:2048_1920x0_80_0_0_e94640b2ddd94afca3d6d4f848b94ca7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
titanik, vaşinqton, bosniya və herseqovina
titanik, vaşinqton, bosniya və herseqovina
ABŞ ilə dostluq "Titanik"ə bilet almağa bərabərdir
Rusiyanın Bosniya və Herseqovinadakı səfirliyi bildirib ki, bu gün ABŞ-ın bir ayağı maliyyə uçurumunun astanasındadır.
BAKI, 25 may — Sputnik. Vaşinqtonla dost olmaq "Titanik"ə bilet almağa bərabərdir, çünki ABŞ hazırda maliyyə uçurumunun astanasındadır.
Bunu Rusiyanın Bosniya və Herseqovinadakı səfirliyi özünün "Telegram" kanalında bildirib.
"Amerikalılar öz müttəfiqlərini, Vaşinqtonu "isbat edilmiş dost" hesab edən insanları amansızcasına taleyin ümidinə buraxırlar... ABŞ-ın bir ayağı maliyyə uçurumunun astanasındadır. Ola bilsin ki, onlar tanış üsulla - mətbəəni işə salmaqla çöküşü gecikdirməyə razılaşacaqlar, lakin artıq aydındır ki, Amerika özünün zorakılıq, irqi barışmazlıq, iqtisadi bərabərsizliyi ilə metastaza uğramış xəstə cəmiyyətdir", - bəyanatda belə deyilir.
Səfirlik əlavə edib ki, ABŞ həm də açıq-aşkar yalanlarla və suveren ölkələrin məhvi ilə məşğuldur.
Xatırladaq ki, Bosniya və Herseqovina 1992-ci il aprelin 5-də Yuqoslaviyadan müstəqillik qazanıb. Bosniya və Herseqovina Federasiyası, Serb Respublikası və Brcko rayonundan ibarət parlamentli respublikadır. Ölkə 2016-cı ilin fevralında Aİ-yə üzv olmaq üçün müraciət edib. 2022-ci ilin dekabrında onun üzvlüyü təsdiq edilib.
Bundan əvvəl Serb Respublikasının Prezidenti Milorad Dodik Rusiyanın yeni çoxqütblü dünyanın sütunlarından birinə çevriləcəyi ilə bağlı fikirlərini bildirmişdi.