DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Şurası Ukraynadan bütün ixrac tariflərinin ləğvini bir il uzadıb

© AFP 2024 / GENYA SAVILOVKiyevə mənzərə
Kiyevə mənzərə - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Avropa İttifaqı Şurasının fikrincə, bu tədbir Aİ ölkələrinin Kiyevi dəstəklədiyini göstərir.
BAKI, 25 may — Sputnik. Avropa İttifaqı Şurası Ukraynadan ixraca gömrük rüsumlarının və kvotaların ləğvinin 2024-cü ilin iyun ayına qədər uzadılmasına dair qətnaməni təsdiqləyib.
Bu barədə TASS Aİ Şurasının bəyanatına istinadən xəbər verir.
Eyni zamanda, qətnamədə Ukrayna taxılının qonşu Aİ ölkələrinə ixracına qoyulan qadağadan bəhs edilmir. O, may ayında Avropa Komissiyası tərəfindən bazarların çox olması səbəbindən tətbiq edilib. Avropa İttifaqı Şurasının fikrincə, bu tədbir Aİ ölkələrinin Kiyevi dəstəklədiyini göstərir.
Bundan əvvəl "Ukrenerqo" Ukraynadan digər ölkələrə elektrik enerjisinin ixracını dayandırdığını bəyan edib. Qeyd olunub ki, dövlət daxili ehtiyacları təmin etməli, axşam saatları üçün ehtiyatlar yaratmalıdır.
Düyü - Sputnik Azərbaycan, 1920, 06.07.2024
RUSİYA
Rusiya düyü ixracına tətbiq etdiyi qadağanın müddətini uzadıb
Xəbər lenti
0