Yanğın və kül: Meksikanın ən təhlükəli vulkanı aktivləşib
Yanğın və kül: Meksikanın ən təhlükəli vulkanı aktivləşib
Sputnik Azərbaycan
Astek dilindən "tüstülü dağ" kimi tərcümə olunan ölkənin ikinci ən böyük və ən fəal vulkanı son günlər bərk qızdırılmış parçaları, həmçinin kül, buxar və... 24.05.2023, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Mexikodan 50 kilometr şərqdə yerləşən "Popokatepetl" vulkanı 1994-cü ilin dekabrında yenidən oyanıb və o vaxtdan bəri aktivdir. Astek dilindən "tüstülü dağ" kimi tərcümə olunan ölkənin ikinci ən böyük və ən fəal vulkanı dəniz səviyyəsindən 5,4 min metr yüksəkliyə qalxır. Son günlərdə o, nəzərəçarpacaq dərəcədə güclənib, bərk qızdırılmış parçaları, həmçinin kül, buxar və qazları böyük hündürlüklərə püskürür. Cümə axşamı günündən etibarən külün havaya yayılması səbəbindən Puebla ştatının hakimiyyəti məktəb saatlarını ləğv edib və yerli sakinlərə açıq yerlərdə az olmağı, maskalardan istifadə etməyi və evlərdə pəncərələri bağlamağı tövsiyə edib. Pueblo ştatının 40 bələdiyyəsində, Mexiko və Tlaskala ştatlarının bəzi rayonlarında məktəblərin onlayn təhsilə keçirilməsi haqqında qərar da qəbul edilib. Meksika paytaxtının hava limanından bildirilib ki, "Popokatepetl" vulkanının püskürməsi üzündən həftə sonu 207 reys saxlanılıb və ya ləğv edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Astek dilindən "tüstülü dağ" kimi tərcümə olunan ölkənin ikinci ən böyük və ən fəal vulkanı son günlər bərk qızdırılmış parçaları, həmçinin kül, buxar və qazları böyük hündürlüklərə püskürür.
BAKI, 24 may — Sputnik. Mexikodan 50 kilometr şərqdə yerləşən "Popokatepetl" vulkanı 1994-cü ilin dekabrında yenidən oyanıb və o vaxtdan bəri aktivdir. Astek dilindən "tüstülü dağ" kimi tərcümə olunan ölkənin ikinci ən böyük və ən fəal vulkanı dəniz səviyyəsindən 5,4 min metr yüksəkliyə qalxır.
Son günlərdə o, nəzərəçarpacaq dərəcədə güclənib, bərk qızdırılmış parçaları, həmçinin kül, buxar və qazları böyük hündürlüklərə püskürür. Cümə axşamı günündən etibarən külün havaya yayılması səbəbindən Puebla ştatının hakimiyyəti məktəb saatlarını ləğv edib və yerli sakinlərə açıq yerlərdə az olmağı, maskalardan istifadə etməyi və evlərdə pəncərələri bağlamağı tövsiyə edib.
Pueblo ştatının 40 bələdiyyəsində, Mexiko və Tlaskala ştatlarının bəzi rayonlarında məktəblərin onlayn təhsilə keçirilməsi haqqında qərar da qəbul edilib.
Meksika paytaxtının hava limanından bildirilib ki, "Popokatepetl" vulkanının püskürməsi üzündən həftə sonu 207 reys saxlanılıb və ya ləğv edilib.