CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə maska taxmayanların cərimələri geri qaytarılacaq

© AP Photo / Emrah GurelTürkiyədə pandemiya zamanı tibbi maskada olan qadın
Türkiyədə pandemiya zamanı tibbi maskada olan qadın - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
BAKI, 24 may — Sputnik. Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq. Sputnik Azərbaycan "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə "Resmi Gazete"də məlumat dərc olunub.
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, bu gün "Rəsmi Qəzet"də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.
Qeyd edək ki, Azərbaycanda karantin qaydalarının pozulmasına görə pandemiya dövründə İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edilib. Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin 388-1.1-ci maddənin sanksiyasındakı dəyişikliyə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimələnir.
Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbinin pozulmasının qarşısının alınmamasına görə cərimə məbləği artırılaraq fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində müəyyənləşib. Ölkəmizdə bu qaydaları pozduğuna görə cərimələnənlərin sayı açıqlanmasa da, bu rəqəmin kifayət qədər böyük olduğu danılmazdır.
Xatırladaq ki, 2021-ci ildə Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ölkəmizdə də tətbiqi vacibdir:
"Bu cür qərarın Azərbaycanda da verilməsi mümkündür. Azərbaycanda cərimələrin yığılması effektli deyil. Bu məsələyə loyal yanaşılır. Pandemiya dövründə onsuz da insanların sosial-iqtisadi vəziyyəti ağırlaşıb. Ölkəmizdə də əhali dövlətin çağırışına əməl edib vaksinasiyada aktiv iştirak edir. Buna görə də koronavirusa yoluxmada azalma müşahidə olunur. Bunları nəzərə alaraq cərimələrin bağışlanması çox yaxşı olardı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0