https://sputnik.az/20230524/rusiyada-azerbaycanli-dirijorun-rehberliyi-ile-silsile-layiheler-teskil-edilib-455198810.html
Rusiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə silsilə layihələr təşkil edilib
Rusiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə silsilə layihələr təşkil edilib
Sputnik Azərbaycan
Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında nümayiş olunan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T23:01+0400
2023-05-24T23:01+0400
2023-05-24T23:01+0400
rusiya
mədəniyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/17/455168921_0:197:2941:1851_1920x0_80_0_0_ad0130ddd91a567aed9fbad3abc9e534.jpg
BAKI, 24 may — Sputnik. A.S.Puşkin adına Novqorod Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru-musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə silsilə layihələr təşkil olunub. Əyyub Quliyevin verdiyi məlumata görə, əsas əlamətdar hadisələrdən biri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" baleti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş layihələr çərçicəsində təqdim olunan tamaşalar yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında nümayiş olunan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər, teatrın simfonik orkestri və xoru da yer alıb. "Viva opera" bu silsilənin uğurlu sonluğuna çevrilib. Novqorod Dövlət Opera Teatrının aparıcı 12 solistinin iştirakı ilə keçən konsert dahi rus bəstəkarları P.Çaykovski, M.Musorqski, S.Raxmaninov, A.Arenski və N.Rimski Korsakova, eyni zamanda dahi qərb bəstəkarları C.Verdi, C.Puççini, J.Bize, J.Massnenin yaradıcığına həsr olunub. Proqramın açılışında səslənən Fikrət Əmirovun simfonik süitası isə gecəyə xüsusi rəng qatıb. Konsertdən sonra gerçəkləşən görüşdə Opera Teatrınım direktoru Tatyana Mavrina və bədii rəhbər Aleksey Trifonov azərbaycanlı dirijora təşəkkürlərini bildirərək, qarşıdakı yaxın zamanda əməkdaşlıq etmək üçün onu yenidən Nijni Novroqoda dəvət ediblər. Qeyd edək ki, "Viva Opera"nın 11 iyun saat 19:00-da Heydər Əliyev Mərkəzində qala konserti keçiriləcək. Konsertdə əfsanəvi italyan opera müğənnisi Ferluçço Furlanetto (bas), "Bolşoy Teatr"ının solistləri, tanınmış sənətkarlarımız Dinara Əlieva və Elçin Azizov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, simfonik orkestri və xoru yer alacaq. Konsertin bədii rəhbəri Yusif Eyvazovdur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/17/455168921_105:0:2836:2048_1920x0_80_0_0_2bd079bdf706d2374b45b48177da1a8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan
Rusiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə silsilə layihələr təşkil edilib
Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında nümayiş olunan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər, teatrın simfonik orkestri və xoru da yer alıb.
BAKI, 24 may — Sputnik. A.S.Puşkin adına Novqorod Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru-musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə silsilə layihələr təşkil olunub.
Əyyub Quliyevin verdiyi məlumata görə, əsas əlamətdar hadisələrdən biri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" baleti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş layihələr çərçicəsində təqdim olunan tamaşalar yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında nümayiş olunan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər, teatrın simfonik orkestri və xoru da yer alıb.
"Viva opera" bu silsilənin uğurlu sonluğuna çevrilib. Novqorod Dövlət Opera Teatrının aparıcı 12 solistinin iştirakı ilə keçən konsert dahi rus bəstəkarları P.Çaykovski, M.Musorqski, S.Raxmaninov, A.Arenski və N.Rimski Korsakova, eyni zamanda dahi qərb bəstəkarları C.Verdi, C.Puççini, J.Bize, J.Massnenin yaradıcığına həsr olunub.
Proqramın açılışında səslənən Fikrət Əmirovun simfonik süitası isə gecəyə xüsusi rəng qatıb.
Konsertdən sonra gerçəkləşən görüşdə Opera Teatrınım direktoru Tatyana Mavrina və bədii rəhbər Aleksey Trifonov azərbaycanlı dirijora təşəkkürlərini bildirərək, qarşıdakı yaxın zamanda əməkdaşlıq etmək üçün onu yenidən Nijni Novroqoda dəvət ediblər.
Qeyd edək ki, "Viva Opera"nın 11 iyun saat 19:00-da Heydər Əliyev Mərkəzində qala konserti keçiriləcək. Konsertdə əfsanəvi italyan opera müğənnisi Ferluçço Furlanetto (bas), "Bolşoy Teatr"ının solistləri, tanınmış sənətkarlarımız Dinara Əlieva və Elçin Azizov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, simfonik orkestri və xoru yer alacaq. Konsertin bədii rəhbəri Yusif Eyvazovdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.