https://sputnik.az/20230524/respondentlerin-427-i-ermenistanla-sulh-muqavilesinin-imzalanacagina-inanir---sorgu-455208477.html
Respondentlərin 42,7%-i Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanır - SORĞU
Respondentlərin 42,7%-i Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanır - SORĞU
Sputnik Azərbaycan
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğular 2023-cü ilin 14-17 may tarixlərində könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T23:49+0400
2023-05-24T23:49+0400
2023-05-24T23:49+0400
sülh
azərbaycan xəbərləri
sosial tədqiqatlar mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971054_0:103:2000:1228_1920x0_80_0_0_2ec725920246b0a88a81c2d3a0926536.jpg
BAKI, 24 may — Sputnik. Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət mövzusunda keçirdiyi rəy sorğuları çərçivəsində növbəti dəfə vətəndaşlara "Sizcə, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?" sualını ünvanlayıb. STM-in məlumatına görə, rəy sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını - 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib. 39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür. Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli "sülh" formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib. Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib. Qeyd edək ki, sorğular 2023-cü ilin 14-17 may tarixlərində könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub.Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971054_114:0:1887:1330_1920x0_80_0_0_4eee05e763132d65d1b43475b764082b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sülh, sosial tədqiqatlar mərkəzi
sülh, sosial tədqiqatlar mərkəzi
Respondentlərin 42,7%-i Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanır - SORĞU
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğular 2023-cü ilin 14-17 may tarixlərində könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub.
BAKI, 24 may — Sputnik. Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət mövzusunda keçirdiyi rəy sorğuları çərçivəsində növbəti dəfə vətəndaşlara "Sizcə, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?" sualını ünvanlayıb.
STM-in məlumatına görə, rəy sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını - 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib.
39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür. Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli "sülh" formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.
Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğular 2023-cü ilin 14-17 may tarixlərində könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub.
Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.