CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ilki dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 5,1 faiz çox olub

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Milli Məclisdə 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir.
BAKI, 24 may — Sputnik. Ötən il üçün dövlət büdcəsinin gəlirləri 30679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32064,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ötən il dövlət büdcəsinin kəsiri 1385,0 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.
Sənəddə qeyd edilir ki, “Büdcə sistemi haqqında” qanunun 20.2-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 679 646,4 min manat, xərclər isə 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilir. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0