https://sputnik.az/20230524/olmus-sexsin-ipoteka-kreditini-kim-odemelidir-arasdirma-455206763.html
Ölmüş şəxsin ipoteka kreditini kim ödəməlidir? - Araşdırma
Ölmüş şəxsin ipoteka kreditini kim ödəməlidir? - Araşdırma
Sputnik Azərbaycan
İpoteka götürmüş şəxs vəfat edərsə, həyat sığortası şirkəti bu borcun bəzi hallarda 100, digər hallarda isə müəyyən hissəsini ödəmək öhdəliyi götürür! 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T15:47+0400
2023-05-24T15:47+0400
2023-05-24T15:48+0400
ipoteka
cəmiyyət
sığorta
ölüm
varis
https://cdnn1.img.sputnik.az/img/42257/04/422570482_0:0:2727:1535_1920x0_80_0_0_2a75df46e54836e4a73ec5be66131c69.jpg
BAKI, 24 may — Sputnik. Konstitusiya Məhkəməsinin ipoteka kreditlərinə görə borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi barədə dünənki açıqlaması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial platformada vətəndaşlar ölən şəxsin pensiya kapitalının onun varisinə ödənilmədiyi halda, borclarının hansı əsasla varisdən tələb edildiyindən şikayətlənirlər. Sputnik Azərbaycan ictimai müzakirə yaradan bu məsələnin hüquqi və sosial aspektlərini araşdırıb. Mirası qəbul edən şəxs ölənin borc öhdəliyini də üzərinə götürmüş olur Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Konstitutsiya Məhkəməsinin bu açıqlamasında əslində heç bir yenilik yoxdur. Onun sözlərinə görə, bu məsələ elə əvvəldən də Mülki Məcəllədə öz əksini tapıb. Ə.Həsənov bildirib ki, mirası qəbul edən şəxs ölən şəxsin varisi sayıldığından, borc öhdəliklərini də qəbul etməlidir. Amma burada müəyyən istisnalar var. Borc öhdəliyi qəbul edilmiş mirasın dəyərindədir Ə.Həsənov onu da bildirib ki, hər kəs öz borclarına görə əmlakı ilə cavabdehlik daşıyır. Onun sözlərinə görə, insan vəfat edərkən həmin əmlakdan borclar tutulmalıdır:"Əgər ev girovdadırsa, vərəsə girovda olan evi miras olaraq qəbul edirsə, qalmış borcunu da ödəməlidir. Əgər istəmirsə, mirası qəbul etməsin". Həyat sığortası olanların borcunu sığorta şirkəti ödəməlidir! Bununla belə, hüquqşunas bildirir ki, ipoteka kreditlərində bir qayda olaraq ipoteka götürmüş şəxsin həyat sığortası olur. Həmsöhbətimiz deyir ki, əgər ölən şəxsin həyat sığortası varsa, onun borcunu vərəsəsi yox, sığorta şirkəti ödəyəməlidir. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan isə Sputnik Azərbaycan-a bildirilib ki, ipoteka krediti götürülərkən həyat sığortasının edilməsi məcburi şərtdir. Bu halda vətəndaşa sığorta şəhadətnaməsi verilir. Sığorta şirkəti sığorta olunan şəxsin borcun müəyyən hissəsinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Həyat sığortasına görə şəxs vəfat etdiyi halda onun ipoteka borcunun nə qədərinin ödəniləcəyi isə müqavilədə qeyd edilir. Orada hansı hallarda, ipoteka borcunun nə qədər hissəsinin sığorta şirkəti tərəfindən qarşılanacağı barədə müddəalar öz əksini tapır. Fonddan onu da bildirdilər ki, həyat sığortasına görə, ipoteka götürən şəxs gələcəkdə sağlamlığına dəymiş zərərə görə əmək qabiliyyətini itirirsə, bu zaman da həmin şəxsin borcunu sığorta şirkəti ödəyir. Vəfat etmiş şəxsin ipoteka kreditinin nə qədər hissəsini sığorta şirkəti ödəməlidir? "Paşa həyat" sığorta şirkətindən də Sputnik Azərbaycan-a bildirdilər ki, həm daxili, həmçinin də dövlət ipotekasında ipoteka götürmüş şəxsin həyat sığortası edilməsi şərtdir:Amma sığorta şirkətindən bildirdilər ki, ipoteka krediti götürmüş şəxs həyat sığortasına görə əvvəlcədən 12 ayın ödənişini ödəməlidir. Bu məbləğ isə qeyd etdiyimiz kimi kreditin məbləği, müddəti, ipoteka götürənin yaşı, sağlamlıq vəziyyəti və işlədiyi işə görə dəyişir. Ölmüş şəxsin borcunu varisi ödəyir, amma pensiya kapitalı dövlətə qalırMillət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ipoteka kreditlərində borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi tələbinə görə vətəndaşların narazılığı haqlıdır. Deputat bildirib ki, bu birbaşa vətəndaşın əleyhinə çıxardılmış qərardır. Onun sözlərinə görə, həm mülki, həm də cinayət məsuliyyəti fərdidir:F. Mustafa deyib ki, əgər insan vəfat edərkən pensiya kapitalı onun varisinə ödənilmirsə, ölmüş şəxsin varisindən onun borcunu tələb etmək düzgün yanaşma deyil. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da Konstitutsiya Məhkəmənin qərarı ilə bağlı Facebook *sosial şəbəkə hesabında bunları bildirib: "Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq qeyd etmək istərdim ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz. Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın. Qeyd edək ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir".Konstitutsiya Məhkəməsinin şərhi Qeyd edək ki, Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.Eyni zamanda Mülki Məcəllə və "İpoteka haqqında" qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42257/04/422570482_0:0:2727:2045_1920x0_80_0_0_4417cbd201229b8baf14d08627568654.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ipoteka, sığorta, ölüm, varis
ipoteka, sığorta, ölüm, varis
Ölmüş şəxsin ipoteka kreditini kim ödəməlidir? - Araşdırma
15:47 24.05.2023 (Yenilənib: 15:48 24.05.2023) İpoteka götürmüş şəxs vəfat edərsə, həyat sığortası şirkəti bu borcun bəzi hallarda 100, digər hallarda isə müəyyən hissəsini ödəmək öhdəliyi götürür!
BAKI, 24 may — Sputnik. Konstitusiya Məhkəməsinin ipoteka kreditlərinə görə borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi barədə dünənki açıqlaması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial platformada vətəndaşlar ölən şəxsin pensiya kapitalının onun varisinə ödənilmədiyi halda, borclarının hansı əsasla varisdən tələb edildiyindən şikayətlənirlər.
Sputnik Azərbaycan ictimai müzakirə yaradan bu məsələnin hüquqi və sosial aspektlərini araşdırıb.
Mirası qəbul edən şəxs ölənin borc öhdəliyini də üzərinə götürmüş olur
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Konstitutsiya Məhkəməsinin bu açıqlamasında əslində heç bir yenilik yoxdur. Onun sözlərinə görə, bu məsələ elə əvvəldən də Mülki Məcəllədə öz əksini tapıb.
Ə.Həsənov bildirib ki, mirası qəbul edən şəxs ölən şəxsin varisi sayıldığından, borc öhdəliklərini də qəbul etməlidir. Amma burada müəyyən istisnalar var.
Borc öhdəliyi qəbul edilmiş mirasın dəyərindədir
"Bu məsələ həmişə qanunda belə olub. Sadəcə, Konstitutsiya Məhkəməsi buna yenidən şərh verib. Bizdə əksər hallarda vərəsə ölən şəxsin ailə üzvü hesab olunur. Amma vərəsə ölən şəxsin ailə üzvü olmaya da bilər. Ölən şəxsin mirasını qəbul edən şəxs vərəsə sayılır. Qanuna görə də vəfat edən şəxsin vərəsəsi qəbul etdiyi mirasın dəyəri həddində borc öhdəliyini götürməlidir. Tutaq ki, şəxs ölüb, onun banka 50 min manat borcu var. Amma onun 100 min manat dəyərində evi var. Oğlu atasının mülkünü qəbul edibsə, onun borcunu da ödəməlidir. Beləcə, vərəsə qəbul etdiyi mirasın dəyəri qədər borc öhdəliyini üzərinə götürmüş olur. Yaxud əksinə, ölən şəxsin borcu 100 min manat, əmlakının dəyəri isə 50 min manatdırsa, bu halda vərəsə yalnız qəbul etdiyi mirasın dəyərində, yəni 50 min manat borcu banka ödəməlidir", - deyə Ə.Həsənov bildirib.
Ə.Həsənov onu da bildirib ki, hər kəs öz borclarına görə əmlakı ilə cavabdehlik daşıyır. Onun sözlərinə görə, insan vəfat edərkən həmin əmlakdan borclar tutulmalıdır:
"Əgər ev girovdadırsa, vərəsə girovda olan evi miras olaraq qəbul edirsə, qalmış borcunu da ödəməlidir. Əgər istəmirsə, mirası qəbul etməsin".
Həyat sığortası olanların borcunu sığorta şirkəti ödəməlidir!
Bununla belə, hüquqşunas bildirir ki, ipoteka kreditlərində bir qayda olaraq ipoteka götürmüş şəxsin həyat sığortası olur. Həmsöhbətimiz deyir ki, əgər ölən şəxsin həyat sığortası varsa, onun borcunu vərəsəsi yox, sığorta şirkəti ödəyəməlidir.
"Çox təəssüf ki, Azərbaycanda kreditlərin əksəriyyətində həyat sığortası tətbiq edilmir. Harada tətbiq edilirsə, həyat sığortasının şərtlərinə uyğun olaraq vəfat etmiş şəxsin borcu sığorta şirkəti tərəfindən ödənilməlidir".
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan isə Sputnik Azərbaycan-a bildirilib ki, ipoteka krediti götürülərkən həyat sığortasının edilməsi məcburi şərtdir. Bu halda vətəndaşa sığorta şəhadətnaməsi verilir. Sığorta şirkəti sığorta olunan şəxsin borcun müəyyən hissəsinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Həyat sığortasına görə şəxs vəfat etdiyi halda onun ipoteka borcunun nə qədərinin ödəniləcəyi isə müqavilədə qeyd edilir. Orada hansı hallarda, ipoteka borcunun nə qədər hissəsinin sığorta şirkəti tərəfindən qarşılanacağı barədə müddəalar öz əksini tapır.
Fonddan onu da bildirdilər ki, həyat sığortasına görə, ipoteka götürən şəxs gələcəkdə sağlamlığına dəymiş zərərə görə əmək qabiliyyətini itirirsə, bu zaman da həmin şəxsin borcunu sığorta şirkəti ödəyir.
Vəfat etmiş şəxsin ipoteka kreditinin nə qədər hissəsini sığorta şirkəti ödəməlidir?
"Paşa həyat" sığorta şirkətindən də Sputnik Azərbaycan-a bildirdilər ki, həm daxili, həmçinin də dövlət ipotekasında ipoteka götürmüş şəxsin həyat sığortası edilməsi şərtdir:
"İpoteka kreditinə görə, borcun ödəniləcəyi məbləğ isə kreditin məbləği, müddəti, ipoteka götürənin yaşı, sağlamlıq vəziyyəti və işlədiyi işə görə dəyişir. Həyat sığortası olunuqda istənilən səbəbdən ölüm hadisəsi baş verdikdə, eləcə də həmin şəxs birinci qrup əlil olarsa onun banka borcu 100 faiz ödənilir. İkinci qrup əlillikdə isə ipoteka borcunun 80 faizi ödənilir. III qrup əlillikdə isə bu məbləğ bir qədər azdır. Bu müqavilə zamanı qaydalarda öz əksini tapır".
Amma sığorta şirkətindən bildirdilər ki, ipoteka krediti götürmüş şəxs həyat sığortasına görə əvvəlcədən 12 ayın ödənişini ödəməlidir. Bu məbləğ isə qeyd etdiyimiz kimi kreditin məbləği, müddəti, ipoteka götürənin yaşı, sağlamlıq vəziyyəti və işlədiyi işə görə dəyişir.
Ölmüş şəxsin borcunu varisi ödəyir, amma pensiya kapitalı dövlətə qalır
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ipoteka kreditlərində borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi tələbinə görə vətəndaşların narazılığı haqlıdır. Deputat bildirib ki, bu birbaşa vətəndaşın əleyhinə çıxardılmış qərardır. Onun sözlərinə görə, həm mülki, həm də cinayət məsuliyyəti fərdidir:
"Əgər şəxsin kreditin götürülməsində rolu yoxdursa, varis olsa belə, ata-anasının götürdüyü borca görə məsuliyyət daşıması dorğu deyil".
F. Mustafa deyib ki, əgər insan vəfat edərkən pensiya kapitalı onun varisinə ödənilmirsə, ölmüş şəxsin varisindən onun borcunu tələb etmək düzgün yanaşma deyil.
"Dövlətin vətəndaşa olan borcunu verməyib amma vətəndaşın dövlətə borcunu onun varisinə yükləmək doğru yanaşma deyil. Varis mirası borcla qəbul etmir. Miras insan doğulandan yaranmış bir hüquqdur. İnsan ölkədə yaşamaya da bilər, amma varis kimi hüququnu əldə edə bilər. O vaxt varisdən borc tələb oluna bilər ki, ipoteka kreditinin götürülməsində iştirak etmiş olsun. Pensiyalarda da biz bu məsələni düşünməliyik. Vətəndaş ölərsə, onun yığdığı kapital varisinə ödənilməlidir. İpoteka verildikdə banklar riskləri özləri gözə almalıdırlar. Belə fos-major hallarda da ölmüş şəxsin borc öhdəliyi ləğv edilməlidir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da Konstitutsiya Məhkəmənin qərarı ilə bağlı Facebook *sosial şəbəkə hesabında bunları bildirib:
"Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq qeyd etmək istərdim ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz. Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın. Qeyd edək ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir".
Konstitutsiya Məhkəməsinin şərhi
Qeyd edək ki, Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Eyni zamanda Mülki Məcəllə və "İpoteka haqqında" qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.