https://sputnik.az/20230524/ntim-goruntusu-yayilan-fhn-polkovnikine-hokm-oxundu-455233304.html
İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu
İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu
Sputnik Azərbaycan
Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız 4 min manatı təmin edilib. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T21:02+0400
2023-05-24T21:02+0400
2023-05-24T21:02+0400
məhkəmə
cəmiyyət
intim
fhn
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 24 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyev barəsində qaldırılan mülki iddia qismən təmin edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız 4 min manatı təmin edilib. Qeyd edək ki, məhkəmənin hökmü Z.Mirzəyev ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.(Report)
https://sputnik.az/20220818/fhn-polkovniki-zaur-mirzeyev-oz-intim-videolarini-yaymaqda-subheli-bilinerek-saxlanilib-445153607.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, intim, fhn
İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu
Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız 4 min manatı təmin edilib.
BAKI, 24 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyev barəsində qaldırılan mülki iddia qismən təmin edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız 4 min manatı təmin edilib.
Qeyd edək ki, məhkəmənin hökmü Z.Mirzəyev ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.