https://sputnik.az/20230524/milli-meclisin-numayende-heyetinin-serbiyaya-seferi-baslayib-455237521.html
Milli Məclisin nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb
Milli Məclisin nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb
Sputnik Azərbaycan
Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T22:21+0400
2023-05-24T22:21+0400
2023-05-24T22:21+0400
azərbaycan xəbərləri
serbiya
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455237225_0:61:924:580_1920x0_80_0_0_e287d2d7dc2eb2af533936702d0e9cd8.jpg
BAKI, 24 may - Sputnik. Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Serbiya Respublikasına rəsmi səfər edib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur.Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər şəxslər daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455237225_0:0:840:630_1920x0_80_0_0_2bce4072870ca2d5a34fb7fed41c0a0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
serbiya, milli məclis
Milli Məclisin nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb
Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
BAKI, 24 may - Sputnik. Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Serbiya Respublikasına rəsmi səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur.
Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər şəxslər daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.