https://sputnik.az/20230524/lirenin-en-pis-gunleri-milli-valyutanin-ucuzlasmasi-ve-turkiye-iqtisadiyyatinin-geleceyi-455195625.html
Lirənin ən pis günləri: milli valyutanın ucuzlaşması və Türkiyə iqtisadiyyatının gələcəyi
Lirənin ən pis günləri: milli valyutanın ucuzlaşması və Türkiyə iqtisadiyyatının gələcəyi
Sputnik Azərbaycan
Türkiyə lirəsinin növbəti zəifləməsi ölkədə prezident seçkilərinin nəticəsinin ikinci turda müəyyən olunacağı məlum olandan dərhal sonra başlayıb. Siyasi... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T14:04+0400
2023-05-24T14:04+0400
2023-05-24T14:04+0400
lirə
dünya xəbərləri
türkiyə
bank
dollar
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_0:49:3072:1777_1920x0_80_0_0_8254338819d70eb3734ac5ad534780aa.jpg
BAKI, 24 may — Sputnik. Türkiyə lirəsinin 2021-ci ilin noyabr ayından başlayan dollar və avro qarşısında dəyər itirməsi prosesi Türkiyədə siyasi qeyri-müəyyənlik şəklində sürətlənməkdə davam edir. Belə ki, son vaxtlar Türkiyənin milli valyutası növbəti ucuzlaşma dövrünü yaşayır - son 10 gündə o, dollara nisbətdə 1,28% ucuzlaşıb. Tarixi antirekord mayın 23-də 1 ABŞ dolları üçün 20,08 türk lirəsi, 1 avro üçün 22 türk lirəsi verildiyi zaman yenilənib. Ümumiyyətlə, Türkiyənin milli valyutası ilin əvvəlindən 5% zəifləyərək son 15 ildə demək olar ki, 95% dəyər itirib. Təhlükə hələ qalıb Türkiyə milli valyutasının növbəti zəifləməsi Türkiyədə prezident seçkilərinin nəticəsinin ikinci turda müəyyən olunacağı məlum olduqdan dərhal sonra başlayıb, çünki birinci turda üç namizəddən heç biri kifayət qədər səs toplaya bilməyib. Artan siyasi qeyri-müəyyənlik bütövlükdə Türkiyə iqtisadiyyatının, xüsusən də milli valyutanın daha həssas olmasına səbəb olub. Belə ki, son 10 gündə türk lirəsi son iki ayın ən aşağı həddində qalıb. Türkiyənin borc öhdəliklərinin sığortalanması xərcləri isə kəskin şəkildə artıb. Eyni zamanda, analitiklər türk lirəsinin daha da zəiflənə biləcəyi barədə xəbərdarlıq edirlər. Amerikanın "JPMorgan" bankı Türkiyə milli valyutasının məzənnəsinin 24-25TL/1$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırıb. "Goldman Sachs"ın analitikləri isə yaxın 12 ay ərzində türk lirəsinin 50% dəyər itirəcəyini gözləyirlər. Gərgin gözlənti Lirənin zəifləməsi fonunda Türkiyə Mərkəzi Bankı mayın 25-də faiz stavkaları ilə bağlı qərarını açıqlayacaq. Koronavirus pandemiyası ilə əlaqədar qlobal inflyasiyanın sürətlənməsi və geosiyasi vəziyyətin pisləşməsindən bəri Türkiyə tənzimləyicisi digər mərkəzi banklardan fərqli siyasət yürüdür. Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini aşağı salmağa yönəlmiş qeyri-ənənəvi pul siyasəti bütün bu müddət ərzində ölkədə inflyasiyanı ləngidib. Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadi tədbirləri ucuz kreditləri dəstəkləmək üçün faiz dərəcələrinin daha da aşağı salınması ideyasını dəstəkləyir. Kredit bumunun mal və xidmətlərin təklifini artıracağı, inflyasiyanın aşağı düşməsinə səbəb olacağı gözlənilir. Analitiklər gözləyirlər ki, Türkiyə Mərkəzi Bankı cümə axşamı seçkilərin ikinci turu öncəsi keçiriləcək iclasında avantüraya getməyəcək və uçot dərəcəsini dəyişməz - 8,5% səviyyəsində saxlayacaq. Digər tərəfdən, Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları kəskin şəkildə azalıb: əgər mayın 5-də onların miqdarı 68,4 milyard dollar təşkil edirdisə, cəmi bir həftə ərzində 8 milyard dollar azalaraq 60,8 milyard dollara düşüb. Tənzimləyicinin uçot dərəcəsini aşağı salmayacağına və ya artırmayacağına əmin olmasına baxmayaraq, ekspertləri bir sual maraqlandırır: seçkilərdən sonra Türkiyə Mərkəzi Bankının siyasəti necə dəyişəcək? Qərb mərkəzi bankları kimi faizlərin artırılmasını tələb edən müxalifətçi Kamal Kılıçdaroğlu prezident seçilərsə, bu mövzu aktuallaşa bilər. Mövcud qeyri-sabit vəziyyət, tədiyyə balansında kəsir və xarici valyutaya artan tələbat türk lirəsinə əlavə təzyiqlərə səbəb olur. Aşağı faiz dərəcəsi inflyasiya ilə uğurla mübarizə aparır Eyni zamanda, Türkiyədə uçot dərəcəsinin aşağı salınmasına yönəlmiş yumşaq pul siyasətinin davam etdirilməsi siyasətinin tərəfdarları getdikcə çoxalır. Belə ki, Mərkəzi Bankın apardığı siyasət nəticəsində apreldə ölkədə illik inflyasiya mart ayındaki 50,5%-ə qarşı 43,7% təşkil edib. Tənzimləyici ictimaiyyəti əmin edir ki, sərbəst pul siyasəti davam edərsə, ilin sonuna inflyasiya demək olar ki, 22%-ə enəcək. Belə siyasətin uğuru ekspertlər tərəfindən də qeyd olunur. "Roskonqres"in hesabatında xüsusilə qeyd olunur ki, Türkiyə Mərkəzi Bankının yumşaq pul siyasəti ölkə iqtisadiyyatına xeyir verib - son bir ildə verilən istehlak kreditlərinin həcmi bir yarım dəfədən çox artıb. Türkiyə iqtisadiyyatı güclü olaraq qaldığı üçün Mərkəzi Bankın dəstəklədiyi kredit bumu öz bəhrəsini verir. Bundan əlavə, vətəndaşlar arasında xarici valyutaya tələbi azaltmaq üçün Türkiyə tənzimləyicisi banklara fiziki şəxslərə qızıl külçələrini satmağa icazə verib. Eyni zamanda, Türkiyədə iki ilə yaxındır ki, qorunan əmanət sxemi fəaliyyət göstərir - lirə ilə olan xüsusi hesablar Maliyyə Nazirliyi tərəfindən məzənnə dəyişikliyindən sığortalanır. Bu proqram dövlət büdcəsinin xərclərinin 8,5 faizini "yesə" də, nəticədə Türkiyə banklarındakı milli valyutada olan depozitlərin miqdarı xeyli artıb.(RİA Novosti)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_341:0:3072:2048_1920x0_80_0_0_64948ce5424e28ef924f14f6cfead4db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lirə, türkiyə, bank, dollar
lirə, türkiyə, bank, dollar
Lirənin ən pis günləri: milli valyutanın ucuzlaşması və Türkiyə iqtisadiyyatının gələcəyi
Türkiyə lirəsinin növbəti zəifləməsi ölkədə prezident seçkilərinin nəticəsinin ikinci turda müəyyən olunacağı məlum olandan dərhal sonra başlayıb. Siyasi qeyri-müəyyənlik Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
BAKI, 24 may — Sputnik. Türkiyə lirəsinin 2021-ci ilin noyabr ayından başlayan dollar və avro qarşısında dəyər itirməsi prosesi Türkiyədə siyasi qeyri-müəyyənlik şəklində sürətlənməkdə davam edir. Belə ki, son vaxtlar Türkiyənin milli valyutası növbəti ucuzlaşma dövrünü yaşayır - son 10 gündə o, dollara nisbətdə 1,28% ucuzlaşıb.
Tarixi antirekord mayın 23-də 1 ABŞ dolları üçün 20,08 türk lirəsi, 1 avro üçün 22 türk lirəsi verildiyi zaman yenilənib.
Ümumiyyətlə, Türkiyənin milli valyutası ilin əvvəlindən 5% zəifləyərək son 15 ildə demək olar ki, 95% dəyər itirib.
Türkiyə milli valyutasının növbəti zəifləməsi Türkiyədə prezident seçkilərinin nəticəsinin ikinci turda müəyyən olunacağı məlum olduqdan dərhal sonra başlayıb, çünki birinci turda üç namizəddən heç biri kifayət qədər səs toplaya bilməyib.
Artan siyasi qeyri-müəyyənlik bütövlükdə Türkiyə iqtisadiyyatının, xüsusən də milli valyutanın daha həssas olmasına səbəb olub. Belə ki, son 10 gündə türk lirəsi son iki ayın ən aşağı həddində qalıb. Türkiyənin borc öhdəliklərinin sığortalanması xərcləri isə kəskin şəkildə artıb.
Eyni zamanda, analitiklər türk lirəsinin daha da zəiflənə biləcəyi barədə xəbərdarlıq edirlər. Amerikanın "JPMorgan" bankı Türkiyə milli valyutasının məzənnəsinin 24-25TL/1$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırıb.
"Goldman Sachs"ın analitikləri isə yaxın 12 ay ərzində türk lirəsinin 50% dəyər itirəcəyini gözləyirlər.
Lirənin zəifləməsi fonunda Türkiyə Mərkəzi Bankı mayın 25-də faiz stavkaları ilə bağlı qərarını açıqlayacaq. Koronavirus pandemiyası ilə əlaqədar qlobal inflyasiyanın sürətlənməsi və geosiyasi vəziyyətin pisləşməsindən bəri Türkiyə tənzimləyicisi digər mərkəzi banklardan fərqli siyasət yürüdür. Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini aşağı salmağa yönəlmiş qeyri-ənənəvi pul siyasəti bütün bu müddət ərzində ölkədə inflyasiyanı ləngidib.
Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadi tədbirləri ucuz kreditləri dəstəkləmək üçün faiz dərəcələrinin daha da aşağı salınması ideyasını dəstəkləyir. Kredit bumunun mal və xidmətlərin təklifini artıracağı, inflyasiyanın aşağı düşməsinə səbəb olacağı gözlənilir.
Analitiklər gözləyirlər ki, Türkiyə Mərkəzi Bankı cümə axşamı seçkilərin ikinci turu öncəsi keçiriləcək iclasında avantüraya getməyəcək və uçot dərəcəsini dəyişməz - 8,5% səviyyəsində saxlayacaq.
Digər tərəfdən, Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları kəskin şəkildə azalıb: əgər mayın 5-də onların miqdarı 68,4 milyard dollar təşkil edirdisə, cəmi bir həftə ərzində 8 milyard dollar azalaraq 60,8 milyard dollara düşüb.
Tənzimləyicinin uçot dərəcəsini aşağı salmayacağına və ya artırmayacağına əmin olmasına baxmayaraq, ekspertləri bir sual maraqlandırır: seçkilərdən sonra Türkiyə Mərkəzi Bankının siyasəti necə dəyişəcək?
Qərb mərkəzi bankları kimi faizlərin artırılmasını tələb edən müxalifətçi Kamal Kılıçdaroğlu prezident seçilərsə, bu mövzu aktuallaşa bilər.
Mövcud qeyri-sabit vəziyyət, tədiyyə balansında kəsir və xarici valyutaya artan tələbat türk lirəsinə əlavə təzyiqlərə səbəb olur.
Aşağı faiz dərəcəsi inflyasiya ilə uğurla mübarizə aparır
Eyni zamanda, Türkiyədə uçot dərəcəsinin aşağı salınmasına yönəlmiş yumşaq pul siyasətinin davam etdirilməsi siyasətinin tərəfdarları getdikcə çoxalır. Belə ki, Mərkəzi Bankın apardığı siyasət nəticəsində apreldə ölkədə illik inflyasiya mart ayındaki 50,5%-ə qarşı 43,7% təşkil edib. Tənzimləyici ictimaiyyəti əmin edir ki, sərbəst pul siyasəti davam edərsə, ilin sonuna inflyasiya demək olar ki, 22%-ə enəcək.
Belə siyasətin uğuru ekspertlər tərəfindən də qeyd olunur. "Roskonqres"in hesabatında xüsusilə qeyd olunur ki, Türkiyə Mərkəzi Bankının yumşaq pul siyasəti ölkə iqtisadiyyatına xeyir verib - son bir ildə verilən istehlak kreditlərinin həcmi bir yarım dəfədən çox artıb. Türkiyə iqtisadiyyatı güclü olaraq qaldığı üçün Mərkəzi Bankın dəstəklədiyi kredit bumu öz bəhrəsini verir.
Bundan əlavə, vətəndaşlar arasında xarici valyutaya tələbi azaltmaq üçün Türkiyə tənzimləyicisi banklara fiziki şəxslərə qızıl külçələrini satmağa icazə verib. Eyni zamanda, Türkiyədə iki ilə yaxındır ki, qorunan əmanət sxemi fəaliyyət göstərir - lirə ilə olan xüsusi hesablar Maliyyə Nazirliyi tərəfindən məzənnə dəyişikliyindən sığortalanır. Bu proqram dövlət büdcəsinin xərclərinin 8,5 faizini "yesə" də, nəticədə Türkiyə banklarındakı milli valyutada olan depozitlərin miqdarı xeyli artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.