Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Komitə sədri: Ötən il ÜDM-in həcmi ölkə tarixində ilk dəfə yüz milyard manatı ötüb

© pixabay / Shutterbug75Kalkulyator, arxiv şəkli
Kalkulyator, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Tahir Mirkişili bildirib ki, ötən il iqtisadi artım davam edib və iqtisadi fəallığın yüksəlməsinin əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olub.
BAKI, 24 may — Sputnik. "Qlobal və regional müstəvidə cərəyan edən mürəkkəb proseslər ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə də, bütövlükdə Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub. Ötən il ümumi daxili məhsulun həcmi ölkə tarixində ilk dəfə 100,0 milyard manatı ötüb". Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini təqdim edərkən bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, ötən ildə iqtisadiyyatın real artımı 4,6 faiz təşkil edib. Qeyri-neft sektoru üzrə isə artım 9,1 faiz olub.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
O bildirib ki, 2022-ci ildə ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Ötən il iqtisadi artım davam edib və iqtisadi fəallığın yüksəlməsinin əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olub. 2022-ci il ərzində Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcminin artması sayəsində təbii qazın hasilatı və ixracı genişlənib, həmçinin "yaşıl enerji" istehsalı və nəqli ilə bağlı mühüm addımlar atılıb.

"Etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada söykənən siyasi əlaqələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu daha da artırıb. Eyni zamanda, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə istiqamətində islahat tədbirləri davam etdirilib. İl ərzində dünya bazarlarında qeydə alınan yüksək neft qiymətləri iqtisadi artıma müsbət təsir göstərib", - deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0