https://sputnik.az/20230524/gecikdirilen-emekhaqlarina-gore-elaveleri-nece-alacagiq-455179666.html
Gecikdirilən əməkhaqlarına görə əlavələri necə alacağıq?
Gecikdirilən əməkhaqlarına görə əlavələri necə alacağıq?
Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T09:01+0400
2023-05-24T09:01+0400
2023-05-24T10:28+0400
əmək
iqtisadiyyat
əməkhaqqı
vüqar bayramov
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 24 may — Sputnik. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 172-ci maddəsinin (Əmək haqqının verilməsi müddətləri) 5-ci hissəsinin şərh edilməsinə dair konstitusiya işinə baxıb. Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib. Qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu qərarı əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov Sputnik Azərbaycan-a şərh edib. O bildirib ki, 172-ci maddəyə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məsələn, hər ayın 5-dək maaş almalı olan işçi bunu həmin ayın 12-si alırsa, gecikdirilmiş 7 günə görə ona əməkhaqqının bir faizi məbləğində maaş hesablanır. Lakin təcrübədə demək olar ki, bu, tətbiq edilmir. Bu da çox vaxt fərdi əmək mübahisəsi yaratmır. Ekspert qeyd edib ki, mediasiya institutu yarandan bəri biz fərdi əmək mübahisəsi ilə bağlı birbaşa məhkəməyə müraciət edə bilmirik. Hazırda ilk olaraq məsələyə mediator baxır, əgər razılaşma olmazsa, onda məhkəməyə müraciət edilir: "Məsələn, maaşın gecikdirilməsi nəticəsində işçi kredit borcunu ödəyə bilməyərək 400 manat ziyana düşür. Lakin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində pul yığılsa, bu, 600 manat edir. Bundan əvvəl məhkəməyə müraciət edəndə həmin 400 manatı alıb işçiyə verirdilər, amma əslində 600 manat işçiyə verilməli idi. Başqa sözlə, həmin işçiyə 400 manat ziyan dəysə də, hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan həmin 600 manat ona verilməlidir. Bundan sonra isə həmin işçiyə 400 manat yox, ən azı 600 manat pul veriləcək". O bildirib ki, başqa bir misalla, işçinin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan pulu 1000 manatdırsa, amma ona 300 manat ziyan dəyibsə, məhkəmə həmin 300 manatı alıb ona verirdi, daha 1000 manatı yox. Amma indi isə işçiyə 300 manat yox, ən azı 1000 manat veriləcək. "Bu addımdan sonra mediasiyaya müraciətlər arta bilər" "Ola bilər işçinin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan pulu 500 manat etsin, amma ona dəyən ziyan 700 manat olsun. Bu zaman ona ən azı 500 manat ödəniləcək. Amma məhkəmə qərar çıxarda bilər ki, işçiyə 700 manat ziyan dəyib və ona 700 manat pul ödənilməlidir. Bu addımdan sonra mediasiyaya müraciətlər arta bilər" - deyə o, əlavə edib. "Gecikdirilmiş günə görə faizin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var" Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov yazıb ki, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir. O qeyd edib ki, həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əməkhaqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu, bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər. "Belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar" "Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu, əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər" - deyə deputat əlavə edib. Maddə 172. Əmək haqqının verilməsi müddətləri Xatırladaq ki, Əmək Məcəlləsinin 172-ci maddəsi "Əmək haqqının verilməsi müddətləri" adlanır. Həmin maddəyə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əmək, əməkhaqqı, vüqar bayramov
əmək, əməkhaqqı, vüqar bayramov
Gecikdirilən əməkhaqlarına görə əlavələri necə alacağıq?
09:01 24.05.2023 (Yenilənib: 10:28 24.05.2023) Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər.
BAKI, 24 may — Sputnik. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 172-ci maddəsinin (Əmək haqqının verilməsi müddətləri) 5-ci hissəsinin şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib. Qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Bu qərarı əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov Sputnik Azərbaycan-a şərh edib.
O bildirib ki, 172-ci maddəyə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məsələn, hər ayın 5-dək maaş almalı olan işçi bunu həmin ayın 12-si alırsa, gecikdirilmiş 7 günə görə ona əməkhaqqının bir faizi məbləğində maaş hesablanır. Lakin təcrübədə demək olar ki, bu, tətbiq edilmir. Bu da çox vaxt fərdi əmək mübahisəsi yaratmır.
Ekspert qeyd edib ki, mediasiya institutu yarandan bəri biz fərdi əmək mübahisəsi ilə bağlı birbaşa məhkəməyə müraciət edə bilmirik. Hazırda ilk olaraq məsələyə mediator baxır, əgər razılaşma olmazsa, onda məhkəməyə müraciət edilir:
"Məsələn, maaşın gecikdirilməsi nəticəsində işçi kredit borcunu ödəyə bilməyərək 400 manat ziyana düşür. Lakin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində pul yığılsa, bu, 600 manat edir. Bundan əvvəl məhkəməyə müraciət edəndə həmin 400 manatı alıb işçiyə verirdilər, amma əslində 600 manat işçiyə verilməli idi. Başqa sözlə, həmin işçiyə 400 manat ziyan dəysə də, hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan həmin 600 manat ona verilməlidir. Bundan sonra isə həmin işçiyə 400 manat yox, ən azı 600 manat pul veriləcək".
O bildirib ki, başqa bir misalla, işçinin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan pulu 1000 manatdırsa, amma ona 300 manat ziyan dəyibsə, məhkəmə həmin 300 manatı alıb ona verirdi, daha 1000 manatı yox. Amma indi isə işçiyə 300 manat yox, ən azı 1000 manat veriləcək.
"Bu addımdan sonra mediasiyaya müraciətlər arta bilər"
"Ola bilər işçinin hər gecikdirilmiş gün üçün maaşın bir faizi məbləğində yığılan pulu 500 manat etsin, amma ona dəyən ziyan 700 manat olsun. Bu zaman ona ən azı 500 manat ödəniləcək. Amma məhkəmə qərar çıxarda bilər ki, işçiyə 700 manat ziyan dəyib və ona 700 manat pul ödənilməlidir. Bu addımdan sonra mediasiyaya müraciətlər arta bilər" - deyə o, əlavə edib.
"Gecikdirilmiş günə görə faizin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var"
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov yazıb ki, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.
O qeyd edib ki, həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əməkhaqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu, bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.
"Belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar"
"Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu, əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər" - deyə deputat əlavə edib.
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
Xatırladaq ki, Əmək Məcəlləsinin 172-ci maddəsi "Əmək haqqının verilməsi müddətləri" adlanır. Həmin maddəyə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.