https://sputnik.az/20230524/deputat-masinyuma-yerlerinde-suya-qenaet-edilmir-ele-bil-selaledir-455200365.html
Deputat: "Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədir"
Deputat: "Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədir"
Sputnik Azərbaycan
Rüfət Quliyev bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib. Onun sözlərinə görə, su qıtlığını 1-2 aydan sonra hiss edəcəyik. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T15:20+0400
2023-05-24T15:20+0400
2023-05-24T17:55+0400
avtomobil
cəmiyyət
su
qənaət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426170931_0:0:3001:1688_1920x0_80_0_0_f4f6a4ccc4f2ebd3c1f1d55dcc0345e2.jpg
BAKI, 24 may — Sputnik. "Biz suyun qiymətini saxlaya bilməyəcəyik. Bu gün maşınyuma yerlərində suya qənaət edilmir. Elə bil şəlalədir. İkincisi, Bakıda analoqu olmayan evlər tikilir və o komplekslərdə də suya qənaət edilmir. İnanmıram ki, orada sayğac var". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib. Deputat bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib.Xətai rayonunda sudan qeyri-qanuni istifadə halları aşkarlanıb Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Dünən "Azərsu" ASC-nin yaydığı məlumata görə, Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Rahib Məmmədov küçəsində yerləşən "Park Aile Çay Bahçesi" restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib. Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı dayandırılıb və yenidən dəymiş ziyan aktı tərtib olunub. Cavanşir küçəsi 15A ünvanında sahibkara məxsus "Nar çiçəyim" kafesi, "Təbriz market", zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.Belə ki, əvvəllər bu obyektlərdə su sərfiyyatı bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib. Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib. Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur. Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Xatırladaq ki, mart ayında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Nazir bildirib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir. Digər tərəfdən isə bir müddətdir ki, Bakıda əhaliyə suyun verilişində qənaət rejimi tətbiq edilib. Bütün bunlar içməli su qıtlığının uzaqda olmadığından xəbər versə də, ölkəmizdə şirin sudan texniki məqsədlə istifadə hallarının qarşısı alınmır. Baxmayaraq ki, avtoyuma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becərilməsində şirin sudan istifadə edilməsi içməli su ehtiyatlarımızın tükənməsinə səbəb olur. Rəsmilərin mövqeyi "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Sputnik Azərbaycan-ın sualına cavabda Bakıda sudan texniki məqsədlə istifadənin içməli su ehtiyatının azalmasına təsir göstərdiyini təsdiqləyib. O, bildirib ki, Sovet dövründə texniki su istehsal edilərək sənayedə, suvarmada istifadə edilib. 1990-cu ildən sonra texniki su istehsal edən qurğular sıradan çıxıb. Onun sözlərinə görə, həmin vaxtdan sonra paytaxtda yaşıllıqların sulanmasında, avtomobillərin sulanmasında içməli sudan istifadə edilir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə Sputnik Azərbaycan-ın sualına cavabda bildirib ki, texniki suyun olmaması içməli suya təlabatı artırır. O, bildirib ki, harada imkan varsa içməli suyu texniki su ilə əvəz olunmalıdır. Nazir müavini onu da vurğulayıb ki, artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların sulanmasında texniki sudan istifadə edilir. Onun sözlərinə görə, artıq Xocahəsən gölünün ətrafında salınmış yaşıllıq bu göldən götürülərək təmizlənmiş su ilə suvarılır. Bununla belə V. Kərimov qeyd etdi ki, sudan digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz:O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz. Ölkənin su ehtiyatları Vüqar Kərimovun sözlərinə görə, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var. "Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır"deyə nazir müavini bildirib. Vüqar Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir:"Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426170931_159:0:2808:1987_1920x0_80_0_0_c187f46fb77c074e782ce48178bff288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, su, qənaət, azərbaycan
avtomobil, su, qənaət, azərbaycan
Deputat: "Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədir"
15:20 24.05.2023 (Yenilənib: 17:55 24.05.2023) Rüfət Quliyev bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib. Onun sözlərinə görə, su qıtlığını 1-2 aydan sonra hiss edəcəyik.
BAKI, 24 may — Sputnik. "Biz suyun qiymətini saxlaya bilməyəcəyik. Bu gün maşınyuma yerlərində suya qənaət edilmir. Elə bil şəlalədir. İkincisi, Bakıda analoqu olmayan evlər tikilir və o komplekslərdə də suya qənaət edilmir. İnanmıram ki, orada sayğac var".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
Deputat bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib.
"Su qıtlığını 1-2 aydan sonra hiss edəcəyik", - deyə millət vəkili vurğulayıb.
Xətai rayonunda sudan qeyri-qanuni istifadə halları aşkarlanıb
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.
Dünən "Azərsu" ASC-nin yaydığı məlumata görə, Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Rahib Məmmədov küçəsində yerləşən "Park Aile Çay Bahçesi" restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib. Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı dayandırılıb və yenidən dəymiş ziyan aktı tərtib olunub.
Cavanşir küçəsi 15A ünvanında sahibkara məxsus "Nar çiçəyim" kafesi, "Təbriz market", zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.
Belə ki, əvvəllər bu obyektlərdə su sərfiyyatı bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.
Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.
Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Xatırladaq ki, mart ayında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Nazir bildirib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir. Digər tərəfdən isə bir müddətdir ki, Bakıda əhaliyə suyun verilişində qənaət rejimi tətbiq edilib. Bütün bunlar içməli su qıtlığının uzaqda olmadığından xəbər versə də, ölkəmizdə şirin sudan texniki məqsədlə istifadə hallarının qarşısı alınmır. Baxmayaraq ki, avtoyuma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becərilməsində şirin sudan istifadə edilməsi içməli su ehtiyatlarımızın tükənməsinə səbəb olur.
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Sputnik Azərbaycan-ın sualına cavabda Bakıda sudan texniki məqsədlə istifadənin içməli su ehtiyatının azalmasına təsir göstərdiyini təsdiqləyib. O, bildirib ki, Sovet dövründə texniki su istehsal edilərək sənayedə, suvarmada istifadə edilib. 1990-cu ildən sonra texniki su istehsal edən qurğular sıradan çıxıb. Onun sözlərinə görə, həmin vaxtdan sonra paytaxtda yaşıllıqların sulanmasında, avtomobillərin sulanmasında içməli sudan istifadə edilir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə Sputnik Azərbaycan-ın sualına cavabda bildirib ki, texniki suyun olmaması içməli suya təlabatı artırır. O, bildirib ki, harada imkan varsa içməli suyu texniki su ilə əvəz olunmalıdır. Nazir müavini onu da vurğulayıb ki, artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların sulanmasında texniki sudan istifadə edilir. Onun sözlərinə görə, artıq Xocahəsən gölünün ətrafında salınmış yaşıllıq bu göldən götürülərək təmizlənmiş su ilə suvarılır.
Bununla belə V. Kərimov qeyd etdi ki, sudan digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz:
"İçməli suyun alternativini təqdim edə bilmiriksə, ondan başqa məqsədlərlə istifadəyə cərimə də tətbiq edə bilmərik".
O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz.
Vüqar Kərimovun sözlərinə görə, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var.
"Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır"deyə nazir müavini bildirib.
Vüqar Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir:
"Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.