https://sputnik.az/20230524/ceyhun-bayramov-marqareta-sederfeltle-esir-goturulmus-azerbaycan-herbcileri-barede-danisib-455206503.html
Ceyhun Bayramov Marqareta Sederfeltlə əsir götürülmüş Azərbaycan hərbçiləri barədə danışıb
Ceyhun Bayramov Marqareta Sederfeltlə əsir götürülmüş Azərbaycan hərbçiləri barədə danışıb
Sputnik Azərbaycan
Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T15:25+0400
2023-05-24T15:25+0400
2023-05-24T15:25+0400
ceyhun bayramov
siyasət
atət
xarici işlər nazirliyi
əsir
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455206319_0:105:1024:682_1920x0_80_0_0_0eae7543f8a871df088059d9003106a5.jpg
BAKI, 24 may — Sputnik. Mayın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb. Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. C.Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib. ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidən qurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq ediyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455206319_115:0:1024:682_1920x0_80_0_0_886246e6dc22a6a7a8d3faf2893e4979.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, atət, xarici işlər nazirliyi, əsir
ceyhun bayramov, atət, xarici işlər nazirliyi, əsir
Ceyhun Bayramov Marqareta Sederfeltlə əsir götürülmüş Azərbaycan hərbçiləri barədə danışıb
Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
BAKI, 24 may — Sputnik. Mayın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb.
Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
C.Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb.
Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.
ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidən qurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq ediyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.