https://sputnik.az/20230524/ceyhun-bayramov-abs-resmisi-ile-sulh-danisiqlarinin-cari-veziyyetini-muzakire-edib-455231921.html
Ceyhun Bayramov ABŞ rəsmisi ilə sülh danışıqlarının cari vəziyyətini müzakirə edib
Ceyhun Bayramov ABŞ rəsmisi ilə sülh danışıqlarının cari vəziyyətini müzakirə edib
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri kommunikasiyaların açılması və delimitasiya prosesi barədə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T19:00+0400
2023-05-24T19:00+0400
2023-05-24T19:00+0400
siyasət
azərbaycan xin
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637820_0:0:2001:1125_1920x0_80_0_0_7b2e74ee40f9ab6831c570a6df4575be.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637820_79:0:1852:1330_1920x0_80_0_0_fcb6738fa92e0c36ba36ac104b271d44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ceyhun bayramov
azərbaycan xin, ceyhun bayramov
Ceyhun Bayramov ABŞ rəsmisi ilə sülh danışıqlarının cari vəziyyətini müzakirə edib
Azərbaycan XİN rəhbəri kommunikasiyaların açılması və delimitasiya prosesi barədə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.
BAKI, 24 may — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.
Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.