CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Prezidenti italiyalı həmkarına başsağlığı verib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Dövlətimizin başçısının məktubunda qeyd olunub ki, Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
BAKI, 24 may — Sputnik. Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı ilə əlaqədar İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.
Dövlətimizin başçısının məktubunda qeyd olunub: "Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi".
Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Sercio Mattarellaya, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Xatırladaq ki, İtaliyanın Emilia-Romanya regionunda leysan yağışlarından sonra baş vermiş sel və daşqınlar nəticəsində həlak olanların sayı 15-ə çatıb.
Axtarış-xilasetmə qrupları daşqınların ən çox ziyan vurduğu qəsəbədən biri olan Luqoda itkin düşmüş 68 yaşlı kişinin cəsədini tapıb.
Bölgədə əlverişsiz hava şəraiti ilə bağlı yenidən qırmızı "Həyəcan" siqnalı elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0