Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azər Bayramov: Ötən il büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 13,2 faiz artıb

© Sputnik / Murad OrujovMilli Məclis, arxiv şəkli
Milli Məclis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Nazir müavininin sözlərinə görə, ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadiyyatda irəliləyiş müşahidə olunub.
BAKI, 24 may — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2022-ci il ölkəmizin iqtisadiyyatı üçün uğurlu olub". Bunu maliyyə nazirinin müavini Azər Bayramov 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan qanun layihəsi və hesabat 2022-ci ildə ölkəmizdə formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasında təkmilləşdirilməni, dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, həmçinin digər məsələləri özündə ehtiva edir.
Azər Bayramovun sözlərinə görə, ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadiyyatda irəliləyiş müşahidə olunub.
Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 15329,6 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1793,4 milyon manat və ya 13,2 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini və ya 7923,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 48,3 faizini və ya 7406,6 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0