https://sputnik.az/20230524/abs-in-maliyye-naziri-yunun-1-de-defoltun-elan-edilmesi-cox-mumkundur-455160276.html
ABŞ-ın maliyyə naziri: İyunun 1-də defoltun elan edilməsi "çox mümkün"dür
ABŞ-ın maliyyə naziri: İyunun 1-də defoltun elan edilməsi "çox mümkün"dür
Sputnik Azərbaycan
Yellen deyib ki, əgər Konqres iyunun əvvəlinə qədər həll yolu tapmasa, böyük ehtimalla Maliyyə Nazirliyi ABŞ Nazirlər Kabinetinin verdiyi öhdəlikləri bundan... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T08:34+0400
2023-05-24T08:34+0400
2023-05-24T08:34+0400
abş
dünya xəbərləri
abş maliyyə nazirliyi
defolt
https://cdnn1.img.sputnik.az/img/41238/38/412383859_0:0:4837:2722_1920x0_80_0_0_f0bfceb3ef5cc7d97e1515fa82f9c680.jpg
BAKI, 24 may — Sputnik. ABŞ-ın maliyyə naziri Janet Yellen bu il iyunun 1-də ABŞ-ın defoltla üzləşəcəyi vəziyyəti çox mümkün hesab edib. Bu barədə departamentdən məlumat verilib. Nazir izah edib ki, bu, Ağ Ev və Konqres dövlət borcunun tavanının artırılması barədə vaxtında razılığa gələ bilmədikdə baş verəcək. "Bizim qiymətləndirmələrimizə görə, əgər Konqres iyunun əvvəlinə qədər həll yolu tapmasa, böyük ehtimalla Maliyyə Nazirliyi ABŞ Nazirlər Kabinetinin verdiyi öhdəlikləri bundan sonra yerinə yetirə bilməyəcək", - Yellenin Konqresə göndərdiyi məktubda belə deyilir. Bundan əlavə, o, ABŞ Konqresini qərarın qəbulu ilə tələsdirib. Xatırladaq ki, ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollara çatıb ki, bu da son hədd olub. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar eyni vaxtda büdcəni kəsmədən onu qaldırmaqdan imtina ediblər. Ağ Ev irəli sürülən şərtlərlə razılaşmır. Bundan əvvəl Amerika lideri Co Bayden ABŞ-da defoltdan qaçmağa zəmanət verə bilməyəcəyini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41238/38/412383859_423:0:4574:3113_1920x0_80_0_0_420eca0c43fbc9ea618841c128cf90cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, abş maliyyə nazirliyi, defolt
abş, abş maliyyə nazirliyi, defolt
ABŞ-ın maliyyə naziri: İyunun 1-də defoltun elan edilməsi "çox mümkün"dür
Yellen deyib ki, əgər Konqres iyunun əvvəlinə qədər həll yolu tapmasa, böyük ehtimalla Maliyyə Nazirliyi ABŞ Nazirlər Kabinetinin verdiyi öhdəlikləri bundan sonra yerinə yetirə bilməyəcək.
BAKI, 24 may — Sputnik. ABŞ-ın maliyyə naziri Janet Yellen bu il iyunun 1-də ABŞ-ın defoltla üzləşəcəyi vəziyyəti çox mümkün hesab edib.
Bu barədə departamentdən məlumat verilib.
Nazir izah edib ki, bu, Ağ Ev və Konqres dövlət borcunun tavanının artırılması barədə vaxtında razılığa gələ bilmədikdə baş verəcək.
"Bizim qiymətləndirmələrimizə görə, əgər Konqres iyunun əvvəlinə qədər həll yolu tapmasa, böyük ehtimalla Maliyyə Nazirliyi ABŞ Nazirlər Kabinetinin verdiyi öhdəlikləri bundan sonra yerinə yetirə bilməyəcək", - Yellenin Konqresə göndərdiyi məktubda belə deyilir.
Bundan əlavə, o, ABŞ Konqresini qərarın qəbulu ilə tələsdirib.
Xatırladaq ki, ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollara çatıb ki, bu da son hədd olub. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar eyni vaxtda büdcəni kəsmədən onu qaldırmaqdan imtina ediblər. Ağ Ev irəli sürülən şərtlərlə razılaşmır.
Bundan əvvəl Amerika lideri Co Bayden ABŞ-da defoltdan qaçmağa zəmanət verə bilməyəcəyini bildirmişdi.