https://sputnik.az/20230523/zengilanda-iki-nov-yeni-xaribulbul-tapilib-455165408.html
Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb
Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb
Sputnik Azərbaycan
Səyyarə İbadullayeva bildirib ki, Zəngilandan aşkar edilən iki növ Xarıbülbül indiyəcən Azərbaycan florası üçün göstərilməyib. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T23:38+0400
2023-05-23T23:38+0400
2023-05-23T23:38+0400
gül
cəmiyyət
xarı-bülbül
zəngilan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419266_0:91:1740:1070_1920x0_80_0_0_ae2a10cc6c365aaf3da969cab596e022.jpg
BAKI, 23 may — Sputnik. Zəngilandan iki növ yeni Xarıbülbül tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib. Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır: "Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır". O bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb: "Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa, "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. "Qırmızı kitab"ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu". "Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir", - o qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419266_97:0:1644:1160_1920x0_80_0_0_72e1b36b179d103ad6c9ad26268af530.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gül, xarı-bülbül, zəngilan
gül, xarı-bülbül, zəngilan
Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb
Səyyarə İbadullayeva bildirib ki, Zəngilandan aşkar edilən iki növ Xarıbülbül indiyəcən Azərbaycan florası üçün göstərilməyib.
BAKI, 23 may — Sputnik. Zəngilandan iki növ yeni Xarıbülbül tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.
Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır:
"Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır".
O bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb:
"Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa, "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. "Qırmızı kitab"ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu".
"Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir", - o qeyd edib.