https://sputnik.az/20230523/vasif-talibovun-qardasini-da-isden-atdilar-455183919.html
Vasif Talıbovun qardaşını da işdən atdılar
Vasif Talıbovun qardaşını da işdən atdılar
Sputnik Azərbaycan
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə yeni adam təyin edilib. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T21:30+0400
2023-05-23T21:30+0400
2023-05-23T21:41+0400
azərbaycan xəbərləri
naxçıvan
baş prokurorluq
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/41276/94/412769433_0:0:1000:563_1920x0_80_0_0_19914e902216813d3910db574247b694.jpg
BAKI, 23 may - Sputnik. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.Xatırladaq ki, buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.Prezident İlham Əliyev Sərəncamı ilə Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. S.Paşayev ötən il Naxçıvan MR prokurorunun müavini təyin edilmişdi.Bu ilin yanvar ayının 31-də Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub. O, prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-si imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41276/94/412769433_73:0:960:665_1920x0_80_0_0_ca68e84b5271f13dc12ce5bac8705e9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, baş prokurorluq, prezident ilham əliyev
naxçıvan, baş prokurorluq, prezident ilham əliyev
Vasif Talıbovun qardaşını da işdən atdılar
21:30 23.05.2023 (Yenilənib: 21:41 23.05.2023) Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə yeni adam təyin edilib.
BAKI, 23 may - Sputnik. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Xatırladaq ki, buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.
Prezident İlham Əliyev Sərəncamı ilə Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. S.Paşayev ötən il Naxçıvan MR prokurorunun müavini təyin edilmişdi.
Bu ilin yanvar ayının 31-də Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub. O, prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-si imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilmişdi.