Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə məktəbdə zəhərlənmənin səbəbi - İlanlara görə...

© pixabay / u_8u5n1hlxİlan, arxiv şəkli
İlan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Məktəbdən bildirdilər ki, yağışlı havadan sonra məktəb ətrafında ilanlar peyda olduğundan, kənd orta məktəbində dezinfeksiya işləri aparılıb.
BAKI, 23 may — Sputnik. Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, yağışlı havadan sonra məktəb ətrafında ilanlar peyda olub. Ona görə də, Qudula kənd orta məktəbində dezinfeksiya işləri aparılıb. Dərmanlanma işləri isə şagirdlərin və müəllimlərin zəhərlənməsinə səbəb olub. Təhsil müəssisəsindən məktəbin direktoru Aynur Əliyevanın hazırda işdə olmadığını bildirdilər.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb: "Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.
Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.
İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
Hadisə haqqında əlavə məlumat veriləcək.
Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.
27 (20 nəfər cinsi qadın, 7 nəfər cinsi kişi olmaqla) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Xəbər lenti
0