SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Peskovdan Azərbaycan və Ermənistan liderlərinin görüşləri barədə açıqlama

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Rusiya Prezidenti mətbuat katibi bildirib ki, cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Rusiyada olacaq.
BAKI, 23 may — Sputnik. "Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir".
Bunu "Report"a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.
"Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək", - o vurğulayıb.
Xəbər lenti
0