https://sputnik.az/20230523/orban-ukrayna-bohranini-hell-etmeyin-yegane-yolunu-aciqlayib-455165808.html
Orban Ukrayna böhranını həll etməyin yeganə yolunu açıqlayıb
Orban Ukrayna böhranını həll etməyin yeganə yolunu açıqlayıb
Sputnik Azərbaycan
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro... 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T23:12+0400
2023-05-23T23:12+0400
2023-05-23T23:12+0400
viktor orban
dünya xəbərləri
macarıstan
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022841_0:170:3039:1879_1920x0_80_0_0_17e1d2b500e52fd8e2bac86ec7fbf78c.jpg
BAKI, 23 may — Sputnik. Ukraynanın münaqişədən qalib çıxa biləcəyi görünmür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. "Rəqəmləri, hazırkı vəziyyəti və NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını nəzərə alsaq, aydın nəticə ondan ibarətdir ki, Ukrayna döyüş meydanında qalib gələ bilməz", – Orban "Bloomberg"ə müsahibəsində deyib. Onun fikrincə, Ukrayna böhranını həll etməyin yeganə yolu Rusiya ilə ABŞ arasında razılaşmalara nail olmaqdır. Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq. Bundan əlavə, nazir Budapeştin Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalarını dəstəkləmək istəmədiyini açıqlayıb. Eyni zamanda o, Kiyevin qonşusu olan Avropa İttifaqına qarşı getdikcə aqressiv münasibətinə işarə edib. Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell demişdi ki, Ukraynaya yeni maliyyə yardımı tranşının və Rusiyaya qarşı növbəti sanksiyalar paketinin verilməsi təkcə Macarıstan üçün deyil, Aİ-nin bəzi digər ölkələri üçün də bir sıra suallar yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022841_154:0:2885:2048_1920x0_80_0_0_0a54bf21937d81f37a6bc0dce23ecbd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viktor orban, macarıstan, ukrayna
viktor orban, macarıstan, ukrayna
Orban Ukrayna böhranını həll etməyin yeganə yolunu açıqlayıb
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.
BAKI, 23 may — Sputnik. Ukraynanın münaqişədən qalib çıxa biləcəyi görünmür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Rəqəmləri, hazırkı vəziyyəti və NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını nəzərə alsaq, aydın nəticə ondan ibarətdir ki, Ukrayna döyüş meydanında qalib gələ bilməz", – Orban "Bloomberg"ə müsahibəsində deyib.
Onun fikrincə, Ukrayna böhranını həll etməyin yeganə yolu Rusiya ilə ABŞ arasında razılaşmalara nail olmaqdır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.
Bundan əlavə, nazir Budapeştin Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalarını dəstəkləmək istəmədiyini açıqlayıb. Eyni zamanda o, Kiyevin qonşusu olan Avropa İttifaqına qarşı getdikcə aqressiv münasibətinə işarə edib.
Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell demişdi ki, Ukraynaya yeni maliyyə yardımı tranşının və Rusiyaya qarşı növbəti sanksiyalar paketinin verilməsi təkcə Macarıstan üçün deyil, Aİ-nin bəzi digər ölkələri üçün də bir sıra suallar yaradır.