DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO baş katibinin xüsusi nümayəndəsi Ermənistana gəlib

© AFP 2023 / TOBIAS SCHWARZNATO emblemi
NATO emblemi - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini, həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
BAKI, 23 may — Sputnik. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Xavyer Kolomina səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini, həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Xatırladaq ki, bu gün həm də Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Filips və general-mayor Patrik Priori ilə görüşüb. Onlar Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar.
Xəbər lenti
0