https://sputnik.az/20230523/etsn-emekdasina-ates-acilmasi-ile-bagli-cinayet-isi-acilib-455159583.html
ETSN əməkdaşına atəş açılması ilə bağlı cinayət işi açılıb
ETSN əməkdaşına atəş açılması ilə bağlı cinayət işi açılıb
Sputnik Azərbaycan
Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr... 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T12:45+0400
2023-05-23T12:45+0400
2023-05-23T13:42+0400
etsn
cəmiyyət
atəş
cinayət işi
əməkdaş
https://cdnn1.img.sputnik.az/img/41443/67/414436730_0:0:1920:1080_1920x0_80_0_0_a4aab7d072abe2c78f0da7ed764e42b9.jpg
BAKI, 23 may — Sputnik. Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Qazax rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41443/67/414436730_213:0:1920:1280_1920x0_80_0_0_8aac7809f8afd989ec9bb43411b03e86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
etsn, atəş, cinayət işi, əməkdaş
etsn, atəş, cinayət işi, əməkdaş
ETSN əməkdaşına atəş açılması ilə bağlı cinayət işi açılıb
12:45 23.05.2023 (Yenilənib: 13:42 23.05.2023) Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 23 may — Sputnik. Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Qazax rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.