https://sputnik.az/20230523/erdogan-xalqa-muracietinde-azerbaycanla-bagli-planlarini-aciqladi-455183215.html
Ərdoğan xalqa müraciətində Azərbaycanla bağlı planlarını açıqladı - VİDEO
Ərdoğan xalqa müraciətində Azərbaycanla bağlı planlarını açıqladı - VİDEO
Sputnik Azərbaycan
Ərdoğan bildirib ki, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T21:00+0400
2023-05-23T21:00+0400
2023-05-23T21:21+0400
siyasət
ərdoğan
rəcəb tayyip ərdoğan
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221297_0:132:2523:1551_1920x0_80_0_0_f5f568fc2c88a5a2cca75a242659e3af.jpg
BAKI, 23 may - Sputnik. "Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib.Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək:"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".Kılıçdaroğlunun layihəsi əsəbləri korladıBir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun (KK) "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsinə Azərbaycanın adının daxil edilməməsini biabırçılıq adlandırıb.O qeyd edib ki, "İpək Yolu" xətti məsələsi yeni deyil: "Bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində silsək də, bu adam yəqin ki, yenidən millətə utanc hissi yaşatmağa söz verib. Məhz bu səbəbdən də azərbaycanlı qardaşlarımızı görməzdən gəlir"."Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməz. Artıq "İpək dəmir yolu"nu da çəkmişik, amma sənin bundan da xəbərin yoxdur. Ağlına gələni deyərək pezidentliyə can atmaq olmaz", - deyə Ərdoğan əlavə edib.Kılıçdaroğlu seçkiqabağı kampaniyasında "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsini ictimaiyyətə təqdim edib. Azərbaycan həmin layihədən tam kənarda saxlanılıb. KK-nın xəritəsinə görə, Tarixi İpək Yolu hazırkı İran ərazisindən keçir. Cümhuriyyət Xalq Partiyası liderinin sözügedən layihəsi Azərbaycanda fəal ictimai-siyasi kəsimi xeyli təəccübləndirib. Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Ərdoğan yenidən prezident seçilərsə, onun səfər edəcəyi ilk xarici ölkə Azərbaycan olacaq. Türkiyədə seçkilərXatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221297_140:0:2383:1682_1920x0_80_0_0_481e3904e23d97d6b221003002c7acad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
ərdoğan, rəcəb tayyip ərdoğan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Ərdoğan xalqa müraciətində Azərbaycanla bağlı planlarını açıqladı - VİDEO
21:00 23.05.2023 (Yenilənib: 21:21 23.05.2023) Ərdoğan bildirib ki, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək.
BAKI, 23 may - Sputnik. "Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək:
"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".
Kılıçdaroğlunun layihəsi əsəbləri korladı
Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun (KK) "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsinə Azərbaycanın adının daxil edilməməsini biabırçılıq adlandırıb.
O qeyd edib ki, "İpək Yolu" xətti məsələsi yeni deyil: "Bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində silsək də, bu adam yəqin ki, yenidən millətə utanc hissi yaşatmağa söz verib. Məhz bu səbəbdən də azərbaycanlı qardaşlarımızı görməzdən gəlir".
"Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməz. Artıq "İpək dəmir yolu"nu da çəkmişik, amma sənin bundan da xəbərin yoxdur. Ağlına gələni deyərək pezidentliyə can atmaq olmaz", - deyə Ərdoğan əlavə edib.
Kılıçdaroğlu seçkiqabağı kampaniyasında "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsini ictimaiyyətə təqdim edib. Azərbaycan həmin layihədən tam kənarda saxlanılıb. KK-nın xəritəsinə görə, Tarixi İpək Yolu hazırkı İran ərazisindən keçir. Cümhuriyyət Xalq Partiyası liderinin sözügedən layihəsi Azərbaycanda fəal ictimai-siyasi kəsimi xeyli təəccübləndirib.
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Ərdoğan yenidən prezident seçilərsə, onun səfər edəcəyi ilk xarici ölkə Azərbaycan olacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.