Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dəniz səviyyəsindən 800 metr yüksəklikdə Hindistan çayına rəqib yetişdirilir - Video+Foto

© Sputnik / Zulfiyya GuluyevaÇay plantasiyasında
Çay plantasiyasında  - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Azərbaycan ərazisində 90-cı illərin əvvəllərində dağıdılan çay plantasiyaları yenidən dirçəldilir.
BAKI, 23 may — Sputnik. Masallıda dəniz səviyyəsindən 800 metr yüksəklikdə salınan çay plantasiyasında məhsul yığılıb. Dağların qoynunda salınan bu çay plantasiyasına media-tur təşkil olunub. Jurnalistlər yüksəklikdə salınan çay plantasiyasında məhsul yığımı, burada yetişdirilən çayın özəllikləri ilə tanış olublar.
© Sputnik / Zulfiyya GuluyevaÇay plantasiyasında
Altay Abbasov - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Çay plantasiyasında
Sputnik Azərbaycan 2014-cü ildə Masallıda dağların ətəyində salınan çay plantasiyasından reportajı təqdim edir:
Dağların arasında çay cənnəti
Səhər saat 07:30 radələrində Bakıdan bu media-turda iştirak etmək üçün yola çıxan jurnalistlər yolüstü restoranda düşərək çay süfrəsinə əyləşirlər. Burada da söhbətin əsas mövzusu elə çay olur. Onlar burada içdikləri çayın dadı ilə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yetişdirilən çayın dadında hansı fərqin olacağını, müqayisə aparacaqlarını söyləyirlər. Yol uzaq olduğundan kiçik fasilədən sonra yola düzəlirik.
Masallının Sığdaş kəndinə çatdıqda bizi aparan avtobus yük maşını ilə əvəzlənir. Sürücü bildirir ki, çay plantasiyası dağların ətəyində yerləşdiyindən, oraya avtobusla getmək mümkün deyil. Onun sözlərinə görə, orada çalışan işçilər də çay plantasiyasına hər gün yük avtomobili ilə gedib-gəlirlər. Kələ-kötür yollarla gedərkən hər kəs, çay plantasiyasının niyə bu qədər yüksəklikdə, gediş-gəlişin çətin olduğu bir ərazidə salındığı barədə maraqlanır. Düşünürük ki, hər gün yola bu qədər xərc çəkib dağların ətəyində çay yetişdirmək üçün gəlib-getmək, yığılan məhsulu daşımaq rentabellidirmi?
100 hektarlıq çay platasiyasından hər yığımda 15-20 ton məhsul yığımı gözlənilir
Elə çay plantasiyasına çatan kimi mütəxəssis Altay Abbasova verdiyimiz ilk sual da bu olur. Sən demə, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən bu ərazi elə sovet dövründə də böyük çay plantasiyası olub. Düz 30 ildən sonra cənub bölgəmizdə çayçılıq ənənəsinin dirçəldilməsi üçün "Azərsun Holdinq" tərəfindən bura yenidən investisiya yatırılıb. Hazırda 100 hektarlıq çay plantasiyasından hər yığımda 15-20 ton məhsul yığımı gözlənilir. Çünki, sahə böyük olsa da, əkilən bütün kollar hələ məhsul vermir.
© Sputnik / Zulfiyya GuluyevaAltay Abbasov
Altay Abbasov - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Altay Abbasov
A.Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çay çoxillik bitki olduğundan rentabellidir. Amma o, yeddi ildən sonra məhsul verir. Həmsöhbətimiz deyir ki, 1 hektar sahəyə 22 min çay kolu əkilir. Əgər yaxşı qulluq olunarsa, hər hektardan 10 ton çay əldə etmək mümkündür.
Mütəxəssisin sözlərinə görə, hələ sovet dövründə bu ərazidə çay plantasiyasının salınmasının səbəbi ərazidə çayın yetişdirilməsi üçün unikal iqlim şəraitinin olmasıdır. O, Hindistanda da ən dadlı çayların məhz yüksəkliklərdə salınan çay plantasiyalarından yığıldığını söyləyib. A.Abbasov deyib ki, burada çay plantasiyası çiləmə metodu ilə suvarılır:
"Plantasiyanın suvarılması üçün ərazidə göllər yaradılıb. Dağ suları göllərə toplanılır, oradan yığılaraq sahəyə vurulur".
Onun sözlərinə görə, ərazidə yeni yerli çay tingləri yetişdirilir. Hər il çay plantasiyasının sahəsi böyüyür. O, hazırda plantasiyada 35 nəfərin çalışdığını bildirdi.
© Sputnik / Zulfiyya GuluyevaÇay plantasiyasında
Altay Abbasov - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Çay plantasiyasında
Onlardan biri də Lənkəran rayon sakini Zaidə Məmmədovadır. Zaidə Məmmədova deyir ki, çay yığmaq üçüb hər gün bura gəlib-gedir. 8 ildir çay yığmaqla məşğul olan həmsöhbətimiz gündə 70-80 kiloqram çay topladığını söylədi.
Onun sözlərinə görə, cənub bölgəsi, Masallı-Lənkəran rayonu çayı ilə məşhurdur. Sovet dövründə burada yaşayan insanların əsas məşğulluğu da elə çayçılıq olub. Sovetlər Birliyi dağıdıldıqdan sonra çay əkilən sahələr əhali arasında pay torpağı kimi bölüşdürülüb. Ondan sonra bu bölgədə yaşayan insanların ciddi məşğulluq problemi yaranıb. Z.Məmmədova Masallı rayonunda çayçılığın yenidən dirçəldilməsinə sevindiyini söyləyir. Deyir ki, çay plantasiyalarının sahəsi genişləndikcə, insanların işsizlik problemi də aradan qalxır.
Uzun illərdir çay yığmaqla məşğul olan Z. Məmmədova bir saata 20-25 kiloqram çay yığdığını söylədi. O, çayın keyfiyyəti ilə bağlı bir sirri də oxucularımızla bölüşdü. Bildirdi ki, ən ətirli çay elə məhz may ayında toplanan çaydır. "Mayovka" adlanan bu çayın ətri digər fəsillərdə toplanan çayla müqayisədə daha dadlı olur.
© Sputnik / Zulfiyya GuluyevaÇay plantasiyasında
Altay Abbasov - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Çay plantasiyasında
Çayçılıq ənənəsi cənub bölgəsinə yenidən qayıdır
Ərazidə olarkən öyrənirik ki, burada ətirli çay istehsal etmək üçün berqamont bitkisi də yetişdirilir. Hazırda bu bitgidən alınan məhsul testdən keçirilir. Nəticə qaneedici olarsa artıq ətirli çay istehsal etmək üçün xaricdən berqamont alınmayacaq.
Cənub bölgəsində çayçılığın inkişafı fermerləri də sevindirir. 65 yaşlı fermer İlyas Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 85 sot sahədə çay plantasiyası salıb. Onun sözlərinə görə, əkdikləri çaydan ildə dörd dəfə məhsul əldə edirlər.
"Çay may, iyul, sentyabr, ən sonda oktyabr aylarında toplanılır. Çay sahələrinə vaxtında yaz, yay, qış gübrələri verilməlidir. Mənim sahəmdə 1 əsr yaşı olan çay kolları var", - deyə İ.Məmmədov bildirib.
Onun sözlərinə görə, çayı ərazidə çay istehsalı ilə məşğul olan fabrikə satırlar: "Əvvəl heç kəs öz sahəsində çay əkib-becərmək istəmirdi. Çünki, alan yox idi. Amma Lənkəranda çay fabriki inşa olunduqdan sonra fermerlər çay əkməyə maraq göstərirlər".
© Sputnik / Zulfiyya GuluyevaÇay plantasiyasında
Altay Abbasov - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Çay plantasiyasında
Çayçılardan çayın 1 kiloqramı neçəyə alınır?
Həmsöhbətimiz deyir ki, çayın alış qiyməti sortuna görə dəyişir. 1-ci növ çayın 1 kiloqramı 1 manat 54 qəpikdən, 2-ci növ çayın 1 kiloqramı isə 1 manat 10 qəpikdən alınır. Üst-üstə il ərzində çayın yığılmasına 15 gün vaxt sərf edilir. Hələ sovet dövründən kolxozda işləyən İ.Məmmədov çayın yetişdirilməsi üçün böyük zəhmət tələb olunduğunu deyir.
"Çayın alış qiyməti artsa, fermerlər üçün çay becərmək daha sərfəli olar", - fermer deyir.
Yüksəklikdə yetişdirilən çay niyə dadlı olur?
İ.Məmmədovun dediyinə görə, çay nə qədər yüksəklikdə yetişdirilərsə, onun dadı, keyfiyyəti və məhsuldarlığı bir o qədər də yüksək olur. O, artıq Azərbaycan çayının "Seylon" çayına rəqib olduğunu da söyləyir. Onun sözlərinə görə, Hindistanda çayların bəzi növləri dəniz səviyyəsindən 2 min metr yüksəklikdə əkilir. Bunlar dünyada ən qiymətli çaylar hesab olunur.
"Çay su sevər sevər bitki olmaqla yanaşı, həm də günsevərdir. Çayın yetişdirildiyi ərazidə rütubətlik həddi tələb olunan normada olmalıdır. Həmçinin torpağın gil qatı dərində olmalıdır. Çünki, çayın kökü torpağın dərin qatlarına nüfuz edir", - uzun illər çayçılıqla məşğul olan həmsöhbətimiz yüksəklikdə yetişdirilən çayın dadına görə xüsusi fərqlənməsinin səbəbini izah edərkən deyir.
Bu fərqi sezmək üçün Xəzər dənizindən 800 metr yüksəklikdə yetişdirilən çaydan biz də dadırıq. Onun ətrini və dadını isə sözlə təsvir etmək mümkün deyil.
Xəbər lenti
0