https://sputnik.az/20230523/bu-gurcustanin-tehlukesizliyi-ucun-risklere-sebeb-ola-biler---papuasvili-455168356.html
Bu, Gürcüstanın təhlükəsizliyi üçün risklərə səbəb ola bilər - Papuaşvili
Bu, Gürcüstanın təhlükəsizliyi üçün risklərə səbəb ola bilər - Papuaşvili
Sputnik Azərbaycan
Müxalif qüvvələrin tələb etdiyi Rusiya vətəndaşları üçün viza rejimi və ya birbaşa uçuşlardan imtina Rusiyaya qarşı sanksiyaların tətbiqi demək olacaq. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T22:35+0400
2023-05-23T22:35+0400
2023-05-23T23:41+0400
gürcüstan
dünya xəbərləri
abş
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_0:0:3073:1728_1920x0_80_0_0_b57df965add7c2085c2302c51eaed37e.jpg
BAKI, 23 may — Sputnik. Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, lakin ölkənin beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə imkan verməyəcək. Bunu ABŞ Dövlət Departamentinin bəyanatlarına cavab olaraq parlamentin spikeri Şalva Papuaşvili bildirib. Bundan əvvəl ABŞ administrasiyası Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasının artan narahatlıq mövzusuna çevriləcəyini bildirmişdi. Dövlət Departamenti həmçinin xəbərdarlıq edib ki, Rusiya ilə birbaşa hava əlaqələri səbəbindən Gürcüstan hökuməti və özəl sektoruna qarşı ABŞ-ın birtərəfli sanksiyaları tətbiq oluna bilər. "Qeyd etmək lazımdır ki, narahatlıqdan danışarkən bu uçuşların sanksiyalardan yayınması barədə heç nə deyilmir. Biz bir ildən artıqdır ki, Rusiyaya qarşı siyasətimizi elan etmişik və bu o deməkdir ki, Gürcüstan bir tərəfdən buna imkan vermir. Bynəlxalq sanksiyalardan yan keçmək üçün öz ərazimizdə istifadəyə imkan vermirik və ikitərəfli sanksiyaları Rusiyaya qarşı tətbiq etməyəcəyik", - deyə Papuaşvili çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, müxalif qüvvələrin tələb etdiyi Rusiya vətəndaşları üçün viza rejimi və ya birbaşa uçuşlardan imtina Rusiyaya qarşı sanksiyaların tətbiqi demək olacaq, sanksiyalar isə öz növbəsində Gürcüstan üçün eskalasiyaya və təhlükəsizlik üçün risklərə səbəb ola bilər. "Heç bir ölkə və ya təşkilat Gürcüstana hərbi və iqtisadi təhlükəsizliyə zəmanət vermədiyi bir şəraitdə Gürcüstandan ikitərəfli sanksiyaların tətbiqini tələb etmək ədalətsizlikdir", - deyə spiker əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_84:0:2815:2048_1920x0_80_0_0_8723f87d46887bdf3f27e8300a00a9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, abş, abş dövlət departamenti
gürcüstan, abş, abş dövlət departamenti
Bu, Gürcüstanın təhlükəsizliyi üçün risklərə səbəb ola bilər - Papuaşvili
22:35 23.05.2023 (Yenilənib: 23:41 23.05.2023) Müxalif qüvvələrin tələb etdiyi Rusiya vətəndaşları üçün viza rejimi və ya birbaşa uçuşlardan imtina Rusiyaya qarşı sanksiyaların tətbiqi demək olacaq.
BAKI, 23 may — Sputnik. Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, lakin ölkənin beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə imkan verməyəcək. Bunu ABŞ Dövlət Departamentinin bəyanatlarına cavab olaraq parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Bundan əvvəl ABŞ administrasiyası Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasının artan narahatlıq mövzusuna çevriləcəyini bildirmişdi. Dövlət Departamenti həmçinin xəbərdarlıq edib ki, Rusiya ilə birbaşa hava əlaqələri səbəbindən Gürcüstan hökuməti və özəl sektoruna qarşı ABŞ-ın birtərəfli sanksiyaları tətbiq oluna bilər.
"Qeyd etmək lazımdır ki, narahatlıqdan danışarkən bu uçuşların sanksiyalardan yayınması barədə heç nə deyilmir. Biz bir ildən artıqdır ki, Rusiyaya qarşı siyasətimizi elan etmişik və bu o deməkdir ki, Gürcüstan bir tərəfdən buna imkan vermir. Bynəlxalq sanksiyalardan yan keçmək üçün öz ərazimizdə istifadəyə imkan vermirik və ikitərəfli sanksiyaları Rusiyaya qarşı tətbiq etməyəcəyik", - deyə Papuaşvili çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müxalif qüvvələrin tələb etdiyi Rusiya vətəndaşları üçün viza rejimi və ya birbaşa uçuşlardan imtina Rusiyaya qarşı sanksiyaların tətbiqi demək olacaq, sanksiyalar isə öz növbəsində Gürcüstan üçün eskalasiyaya və təhlükəsizlik üçün risklərə səbəb ola bilər.
"Heç bir ölkə və ya təşkilat Gürcüstana hərbi və iqtisadi təhlükəsizliyə zəmanət vermədiyi bir şəraitdə Gürcüstandan ikitərəfli sanksiyaların tətbiqini tələb etmək ədalətsizlikdir", - deyə spiker əlavə edib.