CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana bu ölkədən gələn turistlərin sayı 3 dəfə artıb - Rəsmi

© Sputnik / Murad OrujovBakıda ərəb turistlər, arxiv şəkli
Bakıda ərəb turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Ötən il Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb.
BAKI, 23 may — Sputnik. 2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Həmçinin 2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 288 xarici vətəndaş səfər edib ki, bunun da 52%-ni Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib.
Xəbər lenti
0