https://sputnik.az/20230523/apteklerde-boyukler-ucun-nezerde-tutulan-dermanlarin-telimatini-deyisib-usaqlara-satirlar-455167608.html
Apteklərdə böyüklər üçün nəzərdə tutulan dərmanların təlimatını dəyişib uşaqlara satırlar
Apteklərdə böyüklər üçün nəzərdə tutulan dərmanların təlimatını dəyişib uşaqlara satırlar
Sputnik Azərbaycan
Yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, "0... 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T20:35+0400
2023-05-23T20:35+0400
2023-05-23T20:35+0400
aptek
səhiyyə
dərman
dərman preparatı
https://cdnn1.img.sputnik.az/img/41882/38/418823805_38:0:1000:541_1920x0_80_0_0_f8b6552bd7a39a976c08ea5d56e85c99.jpg
BAKI, 23 may — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb. AQTA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub. Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub. Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq "Nes Group" MMC və "Esam Ltd" MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, "0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur" yazıldığı aşkar olunub. Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41882/38/418823805_279:0:1000:541_1920x0_80_0_0_7ed1436e884b52aea32be935d310089e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aptek, dərman, dərman preparatı
aptek, dərman, dərman preparatı
Apteklərdə böyüklər üçün nəzərdə tutulan dərmanların təlimatını dəyişib uşaqlara satırlar
Yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, "0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur" yazıldığı aşkar olunub.
BAKI, 23 may — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.
AQTA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib.
Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.
Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub.
Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq "Nes Group" MMC və "Esam Ltd" MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, "0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur" yazıldığı aşkar olunub.
Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.