ELM

Almaniyada bağçasına meteorit düşən türkə maraqlı təkliflər gəlir

© AFP 2023 / Patrick Hertzog Mteor yağışı
Mteor yağışı - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Almaniyanın Elmshorn şəhərində yaşayan Murat Şahinin bağına düşən 3,7 kq ağırlığındakı meteorit üçün 200 min avro təklif alıb.
BAKI, 23 may — Sputnik. Almaniyada yaşayan Şahin ailəsinin həyatı, təxminən bir ay əvvəl baş verən hadisə ilə dəyişib. Ana-qız öz bağçalarında kofe içərkən göydən yüksək səslə düşən və buxarlanan bir cismi görüb təlaşa düşüblər.
Qaz sızması olduğunu düşünən Murat Şahin bağçasında bir daşın yarıq əmələ gətirdiyini görüb. Şahin, qızının məsləhəti ilə maqnitlə yoxladığı daşın 3,7 kiloqram ağırlığında meteorit olduğunu anlayıb.
"200.000 avro təklif olunur"
Bu hadisədən sonra "Bild" qəzetinə danışan Şahin bildirib:
"Qızlarım daşı maqnitlə yoxlamaq istədilər. Çünki onlar meteoritin zərbədən saatlar sonra da maqnit xüsusiyyətini özündə saxladığını bilirdilər. Normal qayalar və ya daşlar bunu etməz. Maqnitlər meteoritə yapışdılar. Bu hadisədən sonra xaricdən telefonla və üz-üzə təkliflər almışıq. Ən yüksək qiymət hazırda 200 min avro civarındadır. Sadəcə gözləyəcəyik və görəcəyik. Əlbəttə ki, başqalarının meteoriti, ən azı müvəqqəti də olsa görməsi də bizim üçün vacib olacaq".
Xəbər lenti
0