https://sputnik.az/20230523/abs-da-borc-tavani-ile-bagli-mumkun-razilasma-nefti-bahalasdirdi-455163641.html
ABŞ-da borc tavanı ilə bağlı mümkün razılaşma nefti bahalaşdırdı
ABŞ-da borc tavanı ilə bağlı mümkün razılaşma nefti bahalaşdırdı
Sputnik Azərbaycan
ABŞ-ın mümkün defoltunun iqtisadi təsirləri ilə bağlı narahatlıqlar fonunda borc tavanı son bir neçə həftə ərzində bazarlar üçün əsas narahatlıq doğurub. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T14:13+0400
2023-05-23T14:13+0400
2023-05-23T14:15+0400
abş
neft-qaz
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240159_0:160:3072:1888_1920x0_80_0_0_319b17f01ef2e20f7f169b1b94a89ac0.jpg
BAKI, 23 may — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə dövlət borcu tavanının artırılması barədə danışığı məhsuldar hesab edib. Cozef Baydenin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq müzakirələr davam etdiriləcək. Bir daha anlaşıldı ki, defoltun elan edilməsindən söhbət gedə bilməz və irəli getməyin yeganə yolu ikitərəfli razılaşmaya doğru irəliləməkdir. ABŞ dövlətinin borc tavanı ilə bağlı razılığa gəlmə məsələsi dünya bazarlarında nefti bahalaşdırıb. Belə ki, "Brent" markalı neftin qiyməti 0,22 dollar artaraq 76,21 dollar olub. "Light" markalı neftin qiyməti isə 0,44 dollar bahalaşaraq 71,99 dollar təşkil edib. Azərbaycan neftinin ("Azeri Light") qiyməti isə 0,11 dollar azalaraq 78,70 dollar olub. ABŞ-ın mümkün defoltunun iqtisadi təsirləri ilə bağlı narahatlıqlar fonunda borc tavanı son bir neçə həftə ərzində bazarlar üçün əsas narahatlıq doğurub. ABŞ-ın pul siyasətinin gedişi ilə bağlı qeyri-müəyyənlik son həftələr neft bazarlarına təzyiq göstərib, çünki bazarlar faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qalacağını və iqtisadi aktivliyi boğacağını gözləyirlər. ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresi dövlət borc tavanının artırılması ilə bağlı razılığa gəlməsə, ölkənin iyunun 1-də federal borc üzrə defoltla qarşılaşacağı mümkündür. Bu barədə maliyyə nazirinin Konqresin rəhbərliyinə göndərdiyi məktubda bildirilib. Qeyd olunur ki, Konqres iyunun əvvəlinə qədər, hətta iyunun 1-dək həll yolunu müəyyənləşdirməsə, Maliyyə Nazirliyi ABŞ hökumətinin üzərinə götürdüyü öhdəlikləri daha yerinə yetirə bilməyəcək. Bundan başqa, dünyanın ən böyük neft idxalçı olan Çində məyusedici iqtisadi göstəricilər ötən ay neftin qiymətlərinə zərbə vurub, çünki bazarlar Çinin bu il neft tələbini rekord səviyyələrə qaldıracağına dair proqnozları aşağı salıb. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240159_171:0:2902:2048_1920x0_80_0_0_70d4780dbcb94671a99228a92a2d0540.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, neft qiymətləri
ABŞ-da borc tavanı ilə bağlı mümkün razılaşma nefti bahalaşdırdı
14:13 23.05.2023 (Yenilənib: 14:15 23.05.2023) ABŞ-ın mümkün defoltunun iqtisadi təsirləri ilə bağlı narahatlıqlar fonunda borc tavanı son bir neçə həftə ərzində bazarlar üçün əsas narahatlıq doğurub.
BAKI, 23 may — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə dövlət borcu tavanının artırılması barədə danışığı məhsuldar hesab edib. Cozef Baydenin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq müzakirələr davam etdiriləcək. Bir daha anlaşıldı ki, defoltun elan edilməsindən söhbət gedə bilməz və irəli getməyin yeganə yolu ikitərəfli razılaşmaya doğru irəliləməkdir.
ABŞ dövlətinin borc tavanı ilə bağlı razılığa gəlmə məsələsi dünya bazarlarında nefti bahalaşdırıb.
Belə ki, "Brent" markalı neftin qiyməti 0,22 dollar artaraq 76,21 dollar olub. "Light" markalı neftin qiyməti isə 0,44 dollar bahalaşaraq 71,99 dollar təşkil edib.
Azərbaycan neftinin ("Azeri Light") qiyməti isə 0,11 dollar azalaraq 78,70 dollar olub.
ABŞ-ın mümkün defoltunun iqtisadi təsirləri ilə bağlı narahatlıqlar fonunda borc tavanı son bir neçə həftə ərzində bazarlar üçün əsas narahatlıq doğurub.
ABŞ-ın pul siyasətinin gedişi ilə bağlı qeyri-müəyyənlik son həftələr neft bazarlarına təzyiq göstərib, çünki bazarlar faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qalacağını və iqtisadi aktivliyi boğacağını gözləyirlər.
ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresi dövlət borc tavanının artırılması ilə bağlı razılığa gəlməsə, ölkənin iyunun 1-də federal borc üzrə defoltla qarşılaşacağı mümkündür. Bu barədə maliyyə nazirinin Konqresin rəhbərliyinə göndərdiyi məktubda bildirilib. Qeyd olunur ki, Konqres iyunun əvvəlinə qədər, hətta iyunun 1-dək həll yolunu müəyyənləşdirməsə, Maliyyə Nazirliyi ABŞ hökumətinin üzərinə götürdüyü öhdəlikləri daha yerinə yetirə bilməyəcək.
Bundan başqa, dünyanın ən böyük neft idxalçı olan Çində məyusedici iqtisadi göstəricilər ötən ay neftin qiymətlərinə zərbə vurub, çünki bazarlar Çinin bu il neft tələbini rekord səviyyələrə qaldıracağına dair proqnozları aşağı salıb.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.