https://sputnik.az/20230522/taksilerde-qiymetler-bahalasacaq-nazirlik-sirketler-qarsisinda-sert-telebler-qoydu-455082529.html
Taksilərdə qiymətlər bahalaşacaq? Nazirlik şirkətlər qarşısında sərt tələblər qoydu
Taksilərdə qiymətlər bahalaşacaq? Nazirlik şirkətlər qarşısında sərt tələblər qoydu
Sputnik Azərbaycan
Elməddin Muradlı bildirib ki, bu görüşdən sonra taksi şirkətləri artıq qanunla fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T09:02+0400
2023-05-22T09:02+0400
2023-05-22T09:02+0400
taksi
cəmiyyət
xidmət
sürücü
manat
vergi
https://cdnn1.img.sputnik.az/img/40996/96/409969632_0:5:2001:1130_1920x0_80_0_0_e6b225ea39300091bac56f437d072b78.jpg
BAKI, 22 may — Sputnik. Bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. "Bolt" və "Uber" kimi taksi şirkətlərinin sürücüləri "Fərqlənmə nişanı" almalıdır Məlum olub ki, ölkədə minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında" Qanuna ziddir.Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub.Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir.Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Həmçinin taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri üçün "Fərqlənmə nişanı" alınmalıdır. Bəs görəsən taksi şirkətləri nümayəndələri ilə bu görüşdən sonra nə dəyişəcək?Görüşdə taksi şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun, "Fərqlənmə nişanı" alaraq fəaliyyət göstərməli olduqları bildirilib. Hazırda isə "Bolt", "Uber" kimi iri taksi şirkətlərində çalışan taksi sürücüləri heç bir rəsmi qurumda qeydiyyata alınmadan, müvafiq rüsum ödəmədən, sadəcə taksi operatoruna qoşulmaqla fəaliyyət göstərirlər. Taksi sürücülərinin məlumatlarının xarici şirkətlərin əlinə keçməsi təhlükə yaradır Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu görüşdən sonra taksi şirkətləri artıq qanunla fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən taksi şirkətlərinə qarşı bu tələb düzgün mövqedir. Ekspert deyir ki, artıq taksi fəaliyyəti problemli xidmət sahəsinə çevrilib. Onun sözlərinə görə, burada çoxsaylı problemlər var:Taksi sürücüləri narkoloji testdən keçirilməlidir Ekspert həmçinin taksi avtomobillərinə dair tələblərin taksi operatoruna qoşularaq fəaliyyət göstərən taksilərdə də qorunub saxlanılmalı, əməl edilməli olduğunu bildirib. Qeyd edib ki, artıq taksi şirkətləri əməkdaşlıq etdiyi taksi şirkətlərinə "Fərqlənmə nişanı" almaqla bağlı məlumatlar göndərilir. Ekspert vurğulayıb ki, "Fərqlənmə nişanı"nın verilməsinə dair tələblərə də yenidən baxılmalı, təkmilləşməlidir. E.Muradlı həmçinin qeyd edib ki, narkoloji yoxlamadan keçməyən şəxslərin taksi sürücüsü kimi fəaliyyətinə icazə verilməməlidir. Onun sözlərinə görə, dəfələrlə "Uber" kimi iri taksi şirkətlərinin sürücülərinin həm də narkokuryer kimi fəaliyyət göstərdiyi də üzə çıxıb:Mütəxəssis həmçinin bildirib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərənlərin bəziləri özəl daşıyıcı şirkətlər, digərləri isə taksi şirkəti yox, sadəcə vasitəçi, operatordur. E.Muradlının fikrincə, taksi şirkətlərinə qarşı tələblər taksi xidmətinin başalaşmasına təsir göstərəcək. Çünki, taksi sürücülərinin "Fərqlənmə nişanı" sosial ödəmələrə görə, əlavə xərclər yaranacaq.Taksi sürücüləri nədən narahatdır? Taksi sürücüsü Tahir Salmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, müxtəlif taksi şirkətləri ilə əməkdaşlıq edir. Amma "Fərqlənmə nişanı" almadan fəaliyyət göstərir. Həmsöhbətimiz deyir ki, əgər taksi sürücüləri qanuna müvafiq fəaliyyət göstərsələr, buna görə xərcləri artacaq. Taksi şirkətləri, operatorlarında isə qiymətlər çox aşağıdır. Taksi şirkətləri qanunla işləyərsə nə qədər rüsum ödəməlidir? Dövlət vergi Xidmətindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıya bilər. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq: Beləliklə, dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaqdır. Əgər fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə, məsələn, Zaqatala şəhəri daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala şəhərləri arasında taksi ilə sərnişin daşıyırsa, həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq: Bu halda dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 9+18+12 = 39 manat olacaqdır. Fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə nə qədər maliyyə sanksiyasının, yəni cərimənin tətbiq ediləcəyi məsələsi ilə bağlı isə qurumdan bildirilib ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40996/96/409969632_0:0:1685:1264_1920x0_80_0_0_ced754a30287692a312349472d89d23d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taksi, xidmət, sürücü, manat, vergi
taksi, xidmət, sürücü, manat, vergi
Taksilərdə qiymətlər bahalaşacaq? Nazirlik şirkətlər qarşısında sərt tələblər qoydu
Elməddin Muradlı bildirib ki, bu görüşdən sonra taksi şirkətləri artıq qanunla fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar.
BAKI, 22 may — Sputnik. Bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub.
"Bolt" və "Uber" kimi taksi şirkətlərinin sürücüləri "Fərqlənmə nişanı" almalıdır
Məlum olub ki, ölkədə minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında" Qanuna ziddir.
Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub.
Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir.
Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Həmçinin taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri üçün "Fərqlənmə nişanı" alınmalıdır.
Bəs görəsən taksi şirkətləri nümayəndələri ilə bu görüşdən sonra nə dəyişəcək?
Görüşdə taksi şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun, "Fərqlənmə nişanı" alaraq fəaliyyət göstərməli olduqları bildirilib. Hazırda isə "Bolt", "Uber" kimi iri taksi şirkətlərində çalışan taksi sürücüləri heç bir rəsmi qurumda qeydiyyata alınmadan, müvafiq rüsum ödəmədən, sadəcə taksi operatoruna qoşulmaqla fəaliyyət göstərirlər.
Taksi sürücülərinin məlumatlarının xarici şirkətlərin əlinə keçməsi təhlükə yaradır
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu görüşdən sonra taksi şirkətləri artıq qanunla fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən taksi şirkətlərinə qarşı bu tələb düzgün mövqedir.
"Çünki, ötən il taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı fərman imzalayıb. Ardınca baş nazir tərəfindən sərəncam verilib. Aidiyyatı qurumlara da bununla bağlı tapşırıq və göstərişlər verilib ki, bu sahədə çatışmazlıqlar aradan qaldırılsın", - deyə E.Muradlı bildirib.
Ekspert deyir ki, artıq taksi fəaliyyəti problemli xidmət sahəsinə çevrilib. Onun sözlərinə görə, burada çoxsaylı problemlər var:
"Fərdi məlumatların qorunması, bu informasiyanın başqa ölkələrin əlinə keçməsi, məlumat bazasının xarici ölkələrdə yerləşməsi təhlükə yaradır. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir. Taksi sürücülərinin "Fərqlənmə nişanı" alaraq vergi və sosial ödənişlər etməsi vacibdir".
Taksi sürücüləri narkoloji testdən keçirilməlidir
Ekspert həmçinin taksi avtomobillərinə dair tələblərin taksi operatoruna qoşularaq fəaliyyət göstərən taksilərdə də qorunub saxlanılmalı, əməl edilməli olduğunu bildirib. Qeyd edib ki, artıq taksi şirkətləri əməkdaşlıq etdiyi taksi şirkətlərinə "Fərqlənmə nişanı" almaqla bağlı məlumatlar göndərilir.
Ekspert vurğulayıb ki, "Fərqlənmə nişanı"nın verilməsinə dair tələblərə də yenidən baxılmalı, təkmilləşməlidir. E.Muradlı həmçinin qeyd edib ki, narkoloji yoxlamadan keçməyən şəxslərin taksi sürücüsü kimi fəaliyyətinə icazə verilməməlidir. Onun sözlərinə görə, dəfələrlə "Uber" kimi iri taksi şirkətlərinin sürücülərinin həm də narkokuryer kimi fəaliyyət göstərdiyi də üzə çıxıb:
"Sürücülər bu nişanı fərdi qaydada əldə etməlidirlər. Artıq "Fərqlənmə nişanı"nın onlayn alınması da mümkündür. Bu nişanı almadan xidmət göstərən taksi şirkətləri isə cərimələnməlidir".
Mütəxəssis həmçinin bildirib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərənlərin bəziləri özəl daşıyıcı şirkətlər, digərləri isə taksi şirkəti yox, sadəcə vasitəçi, operatordur.
E.Muradlının fikrincə, taksi şirkətlərinə qarşı tələblər taksi xidmətinin başalaşmasına təsir göstərəcək. Çünki, taksi sürücülərinin "Fərqlənmə nişanı" sosial ödəmələrə görə, əlavə xərclər yaranacaq.
Taksi sürücüləri nədən narahatdır?
Taksi sürücüsü Tahir Salmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, müxtəlif taksi şirkətləri ilə əməkdaşlıq edir. Amma "Fərqlənmə nişanı" almadan fəaliyyət göstərir.
Həmsöhbətimiz deyir ki, əgər taksi sürücüləri qanuna müvafiq fəaliyyət göstərsələr, buna görə xərcləri artacaq. Taksi şirkətləri, operatorlarında isə qiymətlər çox aşağıdır.
Taksi şirkətləri qanunla işləyərsə nə qədər rüsum ödəməlidir?
Dövlət vergi Xidmətindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıya bilər. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:
1.
Sadələşdirilmiş vergi: 9x2 (əmsal) = 18 manat;
2.
Sosial sığorta haqqı: 300x6% x2 (əmsal) = 36 manat;
3.
İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.
Beləliklə, dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaqdır.
Əgər fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə, məsələn, Zaqatala şəhəri daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala şəhərləri arasında taksi ilə sərnişin daşıyırsa, həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:
1.
Sadələşdirilmiş vergi: 9x1 (əmsal) = 9 manat;
2.
Sosial sığorta haqqı: 300x6% x1 (əmsal) = 18 manat;
3.
İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.
Bu halda dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 9+18+12 = 39 manat olacaqdır.
Fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə nə qədər maliyyə sanksiyasının, yəni cərimənin tətbiq ediləcəyi məsələsi ilə bağlı isə qurumdan bildirilib ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.