https://sputnik.az/20230522/pasinyandan-etiraf-agri-dagi-turkiyenin-beynelxalq-seviyyede-taninmis-erazisindedir-455148454.html
Paşinyandan etiraf: "Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir"
Paşinyandan etiraf: "Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir"
Sputnik Azərbaycan
Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T21:33+0400
2023-05-22T21:33+0400
2023-05-22T21:33+0400
nikol paşinyan
siyasət
türkiyə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435977_0:110:3100:1854_1920x0_80_0_0_bdd65b6095e6bf4af978f913d2a61c7f.jpg
BAKI, 22 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib. Bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. "Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır", - o, bildirib. Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib: "Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?" Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib: "Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir". Onun sözlərinə görə, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər: "İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435977_242:0:2859:1963_1920x0_80_0_0_6809c06f2134d82ec7c556d4b39a4203.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, türkiyə, ermənistan
nikol paşinyan, türkiyə, ermənistan
Paşinyandan etiraf: "Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir"
Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir.
BAKI, 22 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib.
Bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
"Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır", - o, bildirib.
Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib:
"Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?"
Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib:
"Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir".
Onun sözlərinə görə, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər:
"İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats".