SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan əsir saxlanılan iki Azərbaycan hərbçisi barədə danışdı

© Tatyana Zenkovich/pool photo via AP Ermənistan Baş naziri Nikol Paşinyan, arxiv şəkli
 Ermənistan Baş naziri Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Paşinyan bildirib ki, Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz.
BAKI, 22 may — Sputnik. Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.
Xəbər lenti
0