https://sputnik.az/20230522/mirzoyan-baki-ve-revan-sulh-muqavilesi-layihesinin-iki-maddesi-uzre-raziliga-gelib-455146568.html
Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib
Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib
Sputnik Azərbaycan
Ermənistan xarici işlər naziri bildirib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T18:47+0400
2023-05-22T18:47+0400
2023-05-22T18:47+0400
ararat mirzoyan
siyasət
ermənistan
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454511729_0:0:1280:721_1920x0_80_0_0_e75470dd6ac9e48f2b5482e4efac6ac9.jpg
BAKI, 22 may — Sputnik. Bakı və İrəvan Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinq zamanı bildirib. Nazir qeyd edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. Onun sözlərinə görə, Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində dəqiqlik vacibdir. XİN başçısı vurğulayıb ki, danışıqlar zamanı digər məsələlər barədə danışıqlar baş tutub. "Bakı və İrəvan regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır. Ermənistan ancaq suverenlik, bərabərlik prinsipləri əsasında buna hazırdır və maraqlıdır", - Mirzoyan əlavə edib. Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib. "Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik", - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra Twitterdəki hesabında yazıb. "Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq", - Ceyk Sallivan qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454511729_40:0:1177:853_1920x0_80_0_0_5589ed6d6600f9692fbd73ad1f3e167b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, ermənistan, ceyhun bayramov
ararat mirzoyan, ermənistan, ceyhun bayramov
Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib
Ermənistan xarici işlər naziri bildirib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir.
BAKI, 22 may — Sputnik. Bakı və İrəvan Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinq zamanı bildirib.
Nazir qeyd edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. Onun sözlərinə görə, Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində dəqiqlik vacibdir.
XİN başçısı vurğulayıb ki, danışıqlar zamanı digər məsələlər barədə danışıqlar baş tutub.
"Bakı və İrəvan regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır. Ermənistan ancaq suverenlik, bərabərlik prinsipləri əsasında buna hazırdır və maraqlıdır", - Mirzoyan əlavə edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
"Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik", - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra Twitterdəki hesabında yazıb.
"Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq", - Ceyk Sallivan qeyd edib.