SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Bu əməkdaşlıqda Aİ-Azərbaycan əlaqələri də önəmli rol oynayır"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
BAKI, 22 may — Sputnik. "Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır".
Bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
"Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə, təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memorandum uğurla icra edilir", - dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Litvanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Xəbər lenti
0