Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hesablama Palatası Səfərbərlik Xidmətində yoxlamalar aparır

© Sputnik / Rahim MuradovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv  - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparılır.
BAKI, 22 may — Sputnik. Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.
Bununla bağlı məlumatı "Report"a Dövlət Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.
Xəbər lenti
0