CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsxanada olan sabiq icra başçısının vəziyyəti pisləşdi

© OXUQoca Səmədov
Qoca Səmədov - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Qoca Səmədov bu günlərdə cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
BAKI, 22 may — Sputnik. Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.
O, bu günlərdə cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: "Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq".
Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub (APA).
Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.
Xəbər lenti
0