https://sputnik.az/20230522/gencede-qadini-santaj-eden-odlu-silah-ve-narkotik-saxlayan-sexsler-tutulub-455121783.html
Gəncədə qadını şantaj edən, odlu silah və narkotik saxlayan şəxslər tutulub
Gəncədə qadını şantaj edən, odlu silah və narkotik saxlayan şəxslər tutulub
Sputnik Azərbaycan
Polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T12:00+0400
2023-05-22T12:00+0400
2023-05-22T12:00+0400
qadın
cəmiyyət
gəncə
polis
narkotik
şantaj
https://cdnn1.img.sputnik.az/img/42226/91/422269192_0:36:2000:1161_1920x0_80_0_0_1e0f7996a9be589fa915b25190aefe00.jpg
BAKI, 22 may — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. Qeyd edək ki, polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb. Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb. Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Üzərlərindən "metamfetamin" "heroin" və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/91/422269192_227:0:2000:1330_1920x0_80_0_0_d3cf836ea4ac3759640240c90860499a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qadın, gəncə, polis, narkotik, şantaj
qadın, gəncə, polis, narkotik, şantaj
Gəncədə qadını şantaj edən, odlu silah və narkotik saxlayan şəxslər tutulub
Polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.
BAKI, 22 may — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.
Qeyd edək ki, polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb.
Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb.
Üzərlərindən "metamfetamin" "heroin" və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.