https://sputnik.az/20230522/etsn-emekdaslarina-odlu-silahdan-ates-acilib-455142586.html
ETSN əməkdaşlarına odlu silahdan atəş açılıb
ETSN əməkdaşlarına odlu silahdan atəş açılıb
Sputnik Azərbaycan
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T17:43+0400
2023-05-22T17:43+0400
2023-05-22T17:43+0400
etsn
hadisə
balıq ovu
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993335_0:55:3073:1784_1920x0_80_0_0_a85d32895f90d4399b8a38b383a7dcc7.jpg
BAKI, 22 may — Sputnik. Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.Hadisə ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı baş verib. Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb: "Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424993335_338:0:3069:2048_1920x0_80_0_0_e79f73be002a6ec1270d4e187be25b04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
etsn, balıq ovu
ETSN əməkdaşlarına odlu silahdan atəş açılıb
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib.
BAKI, 22 may — Sputnik. Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.
Hadisə ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı baş verib.
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:
"Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır".