DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Xarici İşlər Nazirliyi ABŞ-a çağırış edib

© AP Photo / Andy WongÇin bayraqları, arxiv şəkli
Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilmiş sammitində çıxışı zamanı bildirmişdi ki, yaxın gələcəkdə Amerika Birləşmiş Ştatları ilə Çin arasında münasibətlərdə soyuqluq yaranacaq.
BAKI, 22 may — Sputnik. Vaşinqton və Pekin arasında münasibətləri yaxşılaşdırmaq üçün ABŞ Çin haqqında təsəvvürünü düzəltməli və Çinin inkişafını boğmaq və cilovlamaq cəhdlərini dayandırmalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilmiş sammitində çıxışı zamanı bildirmişdi ki, yaxın gələcəkdə Amerika Birləşmiş Ştatları ilə Çin arasında münasibətlərdə soyuqluq yaranacaq. Bayden ikitərəfli münasibətlərin "axmaq" casus şarı hekayəsi ilə zədələndiyini vurğulayıb.
"Birləşmiş Ştatlar məşğul olmaq istədiyini deyir, lakin eyni zamanda Çini vicdansızcasına sıxışdırır, məhdudlaşdırır və Çin rəsmilərinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edir, onda belə qarşılıqlı əlaqənin səmimiliyi və mənası nədir?", - Mao Ning soruşub.
Diplomat vurğulayıb ki, Amerika tərəfi sanksiyaları dərhal ləğv etməli və dialoqa maneələrin aradan qaldırılması, əlverişli şəraitin və atmosferin yaradılması üçün əməli addımlar atmalıdır. Mao Nin qeyd edib ki, Çin həmişə Çin-ABŞ münasibətlərini Çin sədri Si Cinpinin irəli sürdüyü qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə uyğun inkişaf etdirib.
"Biz ABŞ-ı Çinlə bağlı təsəvvürünü düzəltməyə, Çinin daxili işlərinə qarışmağı dayandırmağa, Çinin suverenliyinə, təhlükəsizlik və inkişaf maraqlarına zərər vurmağı dayandırmağa, Çinə doğru hərəkət etməyə və Çin-ABŞ münasibətlərini yoluna qaytarmaq üçün konkret addımlar atmağa çağırırıq" - XİN sözçüsü deyib.
Vaşinqtonla Pekin arasında münasibətlər Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin ötən ilin avqustda Tayvan adasına səfərindən sonra xeyli pisləşib. ABŞ dövlət katibi Entoni Blinkenin Çinə gözlənilən səfəri onların istiləşməsi üçün bir siqnal ola bilərdi, lakin fevral ayında Çin hava şarının bütün ABŞ ərazisini keçərək Atlantik okeanı üzərində vurulması ilə bağlı insident səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. ABŞ hava şarının kəşfiyyat məlumatları topladığını iddia edir, Pekin isə bunu təkzib edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0