https://sputnik.az/20230522/azerbaycanin-pambiq-ixraci-keskin-azalib---sebeb-nedir-455057660.html
Azərbaycanın pambıq ixracı kəskin azalıb - Səbəb nədir?
Azərbaycanın pambıq ixracı kəskin azalıb - Səbəb nədir?
Sputnik Azərbaycan
Bu il 1 ton pambıq lifinin orta ixrac qiyməti 454 dollar ucuzlaşıb. Ekspertin fikrincə, ölkədə pambıqçılığın inkişaf etdirilməsi üçün perspektiv yoxdur və... 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T10:01+0400
2023-05-22T10:01+0400
2023-05-22T10:01+0400
pambıq
iqtisadiyyat
qiymət
ucuzlaşma
ixrac
azalma
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/12/447573272_0:78:1500:922_1920x0_80_0_0_60dceebab17b54fcf59984e2d845c0b4.jpg
BAKI, 22 may — Sputnik. Bu il Azərbaycanın pambıq ixracı kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 4 ayında Azərbaycan 38,3 milyon dollar dəyərində 21 min ton pambıq lifi (mahlıc) xaricə ixrac edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 53,7 faiz, dəyər baxımından isə 62,9 faiz azdır. Başqa sözlə, ölkəmizin pambıq ixracı həm miqdar həm də dəyər baxımından kəskin aşağı düşüb. Bu ilin yanvar-aprel aylarında 1 ton pambıq lifinin orta ixrac qiyməti 1828 dollar olub. Ötən ilin eyni dövründə isə 1 ton pambıq lifinin orta ixrac qiyməti 2 min 282 dollar təşkil edirdi. Beləliklə, bu il orta ixrac qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 454 dollar ucuzlaşıb. Bu sahənin perspektivi ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün perspektiv yoxdur və yavaş-yavaş pambıqçılıq tənəzzülə uğrayır. Ölkəmizdə pambıq istehsalı üçün kiçik ərazidə münbit şərait var və bu da Bərdə rayonudur. "Aqrar məhsulların idxalı artır" O bildirib ki, digər kənd təsərrüfatı torpaqlarında (maldarlıq, taxılçılıq, tərəvəzçilik) da pambıq əkilib. Ona görə də 10 il bundan əvvəl Azərbaycana il ərzində 800 milyon dollarlıq kənd təsərrüfatı mənşəli məhsullar idxal olunurdusa, bu gün il ərzində 2-3 milyard dollarlıq kənd təsərrüfatı mənşəli məhsullar idxal edilir və bu, getdikcə də artır. "Bu gün dünyada pambığa tələbat böyükdür, çünki inkişaf etmiş ölkələrdə sintetik parçalardan istifadəyə qadağa qoyulub. Azərbaycanda isə bu yaxınlarda sintetik parçaların idxal rüsumunu aradan qaldırıblar. Misir, Özbəkistan və Meksika pambığı dünya bazarlarında qızıla bərabər əmtəələrdir" - , deyə ekspert əlavə edib. Pambıq ixracının azalmasının səbəbləri nədir? Qeyd edək ki, bu həftə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib. AZPROMO-dan bildiriblər ki, tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb. Görüşdə bildirilib ki, müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə ümumi ixrac göstəriciləri enib. İxracın azalmasının digər səbəbi kimi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması göstərilib. Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb. Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib. Görüş iştirakçılarına AZPROMO-nun dəstək tədbirləri, o cümlədən bu il təsdiqlənməsi gözlənən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verilib. Ötən ay pambıqçılıq rayonlarında çiyid səpininə başlanılıb Keçən ay Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Səpin ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin, pambıqçılıq rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, pambıq tədarükü və emalı şirkətlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib, sahənin inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib, onların həlli məqsədilə nazirliyin müvafiq qurumları tərəfindən tədbirlər planı hazırlanıb, bu tədbirlərin aidiyyəti üzrə icraçıları və müddətləri müəyyən edilib. Aprelin 17-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Müqavilələrin bağlanması prosesi davam edir. Aprelin ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17,7 min ha sahədə səpin həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq hektara (ha) 30,92 sentner təşkil edib ki, bu da bir il əvvəlki mövsümlə müqayisədə 2,42 sent/ha artıqdır. 2022-ci ildə bir il əvvəllə müqayisədə sahələrdən 35 min 259 ton artıq məhsul yığılıb. Fermerə pambığın hər tonuna görə 180 manat subsidiya ödəniləcək Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək. 2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri məhsulun fermerlərdən alış qiymətinin artırılmasına dair iki dəfə qərar qəbul ediblər. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat olmaqla ümumilikdə 100 manat artırılıb. 2022-ci ildə pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat olaraq müəyyənləşib. İxrac edilən pambıq lifinin 91,8 faizi Türkiyənin payına düşüb Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ildə pambıq istehsalının 88,2 faizi 10 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar bunlardır: Ağcabədi - 12.5 faiz, Saatlı - 12.4 faiz, Bərdə - 11.1 faiz, Sabirabad - 11 faiz, Salyan - 9.1 faiz, Beyləqan - 9 faiz, Neftçala - 7.4 faiz, İmişli - 6.6 faiz, Biləsuvar - 5.5 faiz, Tərtər - 3.5 faiz təşkil edib. 2022-ci ildə Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2022-ci ildə pambıq lifi ixracı 2021-ci ilə nisbətən 39 faiz azalaraq 75,1 min ton, pambıq ipliyi ixracı isə 53,2 faiz azalaraq 8,6 min ton olub. 2022-ci ildə ixrac olunan pambıq lifinin 91,8 faizi Türkiyənin, 6 faizi isə İranın payına düşüb. 2022-ci ildə ixrac olunan pambıq ipliyinin 76,6 faizi Türkiyənin, 22,9 faizi Rusiyanın, 0,5 faizi isə digər ölkələrin payına düşüb. Dünyada pambıq ucuzlaşıb Aprel ayında dünyada pambığın 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən dəyişməyərək 2,10 dollar təşkil edib. Bu göstərici yanvar ayında 2,21 dollar, fevral ayında isə 2,19 dollar idi. Başqa sözlə, aprel ayında pambığın qiyməti cari ilin yanvarına nisbətən 5 faiz ucuzlaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/12/447573272_84:0:1417:1000_1920x0_80_0_0_cd002a5415e991e0bd0457727be978bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pambıq, qiymət, ucuzlaşma, ixrac, azalma
pambıq, qiymət, ucuzlaşma, ixrac, azalma
Azərbaycanın pambıq ixracı kəskin azalıb - Səbəb nədir?
Bu il 1 ton pambıq lifinin orta ixrac qiyməti 454 dollar ucuzlaşıb. Ekspertin fikrincə, ölkədə pambıqçılığın inkişaf etdirilməsi üçün perspektiv yoxdur və yavaş-yavaş bu sahə tənəzzülə uğrayır.
BAKI, 22 may — Sputnik. Bu il Azərbaycanın pambıq ixracı kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 4 ayında Azərbaycan 38,3 milyon dollar dəyərində 21 min ton pambıq lifi (mahlıc) xaricə ixrac edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 53,7 faiz, dəyər baxımından isə 62,9 faiz azdır. Başqa sözlə, ölkəmizin pambıq ixracı həm miqdar həm də dəyər baxımından kəskin aşağı düşüb.
Bu ilin yanvar-aprel aylarında 1 ton pambıq lifinin orta ixrac qiyməti 1828 dollar olub. Ötən ilin eyni dövründə isə 1 ton pambıq lifinin orta ixrac qiyməti 2 min 282 dollar təşkil edirdi. Beləliklə, bu il orta ixrac qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 454 dollar ucuzlaşıb.
Bu sahənin perspektivi ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün perspektiv yoxdur və yavaş-yavaş pambıqçılıq tənəzzülə uğrayır. Ölkəmizdə pambıq istehsalı üçün kiçik ərazidə münbit şərait var və bu da Bərdə rayonudur.
"Aqrar məhsulların idxalı artır"
O bildirib ki, digər kənd təsərrüfatı torpaqlarında (maldarlıq, taxılçılıq, tərəvəzçilik) da pambıq əkilib. Ona görə də 10 il bundan əvvəl Azərbaycana il ərzində 800 milyon dollarlıq kənd təsərrüfatı mənşəli məhsullar idxal olunurdusa, bu gün il ərzində 2-3 milyard dollarlıq kənd təsərrüfatı mənşəli məhsullar idxal edilir və bu, getdikcə də artır.
"Bu gün dünyada pambığa tələbat böyükdür, çünki inkişaf etmiş ölkələrdə sintetik parçalardan istifadəyə qadağa qoyulub. Azərbaycanda isə bu yaxınlarda sintetik parçaların idxal rüsumunu aradan qaldırıblar. Misir, Özbəkistan və Meksika pambığı dünya bazarlarında qızıla bərabər əmtəələrdir" - , deyə ekspert əlavə edib.
Pambıq ixracının azalmasının səbəbləri nədir?
Qeyd edək ki, bu həftə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib.
AZPROMO-dan bildiriblər ki, tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.
Görüşdə bildirilib ki, müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə ümumi ixrac göstəriciləri enib. İxracın azalmasının digər səbəbi kimi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması göstərilib. Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb. Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib.
Görüş iştirakçılarına AZPROMO-nun dəstək tədbirləri, o cümlədən bu il təsdiqlənməsi gözlənən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verilib.
Ötən ay pambıqçılıq rayonlarında çiyid səpininə başlanılıb
Keçən ay Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Səpin ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin, pambıqçılıq rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, pambıq tədarükü və emalı şirkətlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib, sahənin inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib, onların həlli məqsədilə nazirliyin müvafiq qurumları tərəfindən tədbirlər planı hazırlanıb, bu tədbirlərin aidiyyəti üzrə icraçıları və müddətləri müəyyən edilib.
Aprelin 17-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Müqavilələrin bağlanması prosesi davam edir.
Aprelin ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17,7 min ha sahədə səpin həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq hektara (ha) 30,92 sentner təşkil edib ki, bu da bir il əvvəlki mövsümlə müqayisədə 2,42 sent/ha artıqdır. 2022-ci ildə bir il əvvəllə müqayisədə sahələrdən 35 min 259 ton artıq məhsul yığılıb.
Fermerə pambığın hər tonuna görə 180 manat subsidiya ödəniləcək
Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək.
2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri məhsulun fermerlərdən alış qiymətinin artırılmasına dair iki dəfə qərar qəbul ediblər. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat olmaqla ümumilikdə 100 manat artırılıb.
2022-ci ildə pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat olaraq müəyyənləşib.
İxrac edilən pambıq lifinin 91,8 faizi Türkiyənin payına düşüb
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ildə pambıq istehsalının 88,2 faizi 10 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar bunlardır: Ağcabədi - 12.5 faiz, Saatlı - 12.4 faiz, Bərdə - 11.1 faiz, Sabirabad - 11 faiz, Salyan - 9.1 faiz, Beyləqan - 9 faiz, Neftçala - 7.4 faiz, İmişli - 6.6 faiz, Biləsuvar - 5.5 faiz, Tərtər - 3.5 faiz təşkil edib. 2022-ci ildə Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
2022-ci ildə pambıq lifi ixracı 2021-ci ilə nisbətən 39 faiz azalaraq 75,1 min ton, pambıq ipliyi ixracı isə 53,2 faiz azalaraq 8,6 min ton olub. 2022-ci ildə ixrac olunan pambıq lifinin 91,8 faizi Türkiyənin, 6 faizi isə İranın payına düşüb. 2022-ci ildə ixrac olunan pambıq ipliyinin 76,6 faizi Türkiyənin, 22,9 faizi Rusiyanın, 0,5 faizi isə digər ölkələrin payına düşüb.
Aprel ayında dünyada pambığın 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən dəyişməyərək 2,10 dollar təşkil edib. Bu göstərici yanvar ayında 2,21 dollar, fevral ayında isə 2,19 dollar idi. Başqa sözlə, aprel ayında pambığın qiyməti cari ilin yanvarına nisbətən 5 faiz ucuzlaşıb.