DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan Hava Yolları Zurabişvilidən üzr istəməsini tələb edib

© AP Photo / Shakh AivazovGürcüstan prezidenti Salome Zurabişvili, arxiv şəkli
Gürcüstan prezidenti Salome Zurabişvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Abunə olmaq
Bir müddət əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyaya uçuşların başlaması ilə əlaqədar aviaşirkətdən imtina etdiyini bildirərək, Gürcüstan Hava Yollarını boykot etdiyini açıqlamışdı.
BAKI, 21 may - Sputnik. Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" ölkə prezidenti Salome Zurabişvilini şirkəti boykot etdiyi və onun xidmətlərindən imtina etdiyi üçün təyyarəyə buraxmayacaq. Bunu Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvili bildirib.

"Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından üzr istəməyincə onu arzuolunmaz şəxs elan edirik, onu təyyarəyə buraxmayacağıq", - Qayaşvili açıqlamasında bildirib.

Aviaşirkətin təsisçisi qeyd edib ki, istənilən gürcü Gürcüstan üçün Zurabişvilidən daha çox iş görüb.

“Xain doğulan insan, görünür, insanlara, ölkənin mənafeyinə, vətəninə necə xəyanət etdiyini belə hiss etmir”, - deyə o qeyd edib.

Bundan əvvəl Salome Zurabişvili “Georgian Airways”i boykot etdiyini, Rusiyaya uçuşların başlaması ilə əlaqədar aviaşirkətdən imtina etdiyini açıqlamışdı.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağanı ləğv edib.
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0